Satış məsləhətçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 21 may 2026
Təsvir
İş şəraiti
İş yerinin ünvanı H. Əliyev prospekti, Arena Plaza
İş rejimi 09:00–18:00, 5 günlük
Əmək şəraiti - Ərazidə
Namizədin planlaşdırılan işə başlama tarixi - 01 iyun 2026
Digər təminatlar və imkanlar
Maaş + bonus sistemi
Bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşların nəqliyyat xərcləri qarşılana bilər
İşçilərə şirkət tərəfindən təlimlər (satış bacarıqları, satışın əsasları, müştərilərlə iş prinsipləri, məhsulların texniki spesifikasiyası və s.) keçiriləcək
Təhsil (Tələb olunan minimum təhsil dərəcəsi, təhsil ixtisası)
Orta-ixtisas və yaxud bakalavr pilləsi üzrə istənilən istiqamət və ixtisas (Tibbi sahədə təhsil arzu ediləndir)
Sahə üzrə iş təcrübəsi
Azı 1 il arzu olunandır
Kompüter bacarığı
MS Office – İlkin səviyyədə
Xarici dil bacarığı və səviyyəsi
Tələb yoxdur. Lakin bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşlarda rus dilində danışıq bacarıqlarının olması arzu olunandır
Tələblər
Tələb olunan fərdi keyfiyyətlər
Operativlik
Ünsiyyət: Yüksək korporativ kommunikasiya və aydın, inandırıcı, uzunmüddətli, peşəkar ünsiyyət qurmaq bacarığı
Məqsədyönlü olmaq: satışı yekunlaşdıra bilmək, satış hədəflərinə fokslanmaq, planları icra etmək, nəticə əldə etməyə davamlı motivasiya göstərmək bacarığı
Müştəriyönümlü olmaq: Müştərinin tələblərini düzgün anlaya bilmək, ona düzgün həll təqdim etmək
Özünü inkişaf etdirmək: məhsullar, bazar, kosmetologiya sahəsi üzrə biliklərini müntəzəm olaraq yeniləmək və öyrənməyə hazır olmaq
Bilməlidir (təcrübəsi olmayan namizədlər işə qəbul edildikdə öyrədilir)
Dolğu preparatları haqqında məhsul bilikləri (tərkib, təsir mexanizmi, istifadə sahələri, qalıcılıq müddəti)
Estetik və kosmetologiya sahəsinin əsasları (üz anatomiyası, prosedurların məntiqi, hansı məhsulun hansı zona üçün uyğun olması)
Satış texnikaları və danışıq bacarıqları (tələbatın müəyyən edilməsi, etirazların idarə edilməsi, satışın yekunlaşdırılması texnikaları)
Rəqib məhsullar və sahə üzrə bazar bilikləri (alternativ brendlər, qiymət siyasəti və s.)
Tibbi və təhlükəsizlik məlumatları (məhsulun sertifikatları, əks göstəricilər, yan təsirlər, düzgün saxlama qaydaları)
Cavabdehlik və öhdəlikləri
Müştəri bazasında olan yerləri (kosmetoloqlar, klinikalar, gözəllik mərkəzləri) plan üzrə ziyarət etmək, məhsulları onlara təqdim etmək və satış etmək
Müştəri bazasını yeniləmək, müxtəlif mənbələrdən (elektron mənbələr, sosial şəbəkələr, saytlar, kataloqlar, ərazilər) yeni müştəri kontaktlarını əldə etmək və bazaya daxil etmək
Şirkətin təqdim etdiyi məhsulların texniki spesifikasiyalarını, kampaniya məlumatlarını müştərilərə düzgün formada aydın izah etmək
Məhsulun tətbiqi, tərkibi və effektivliyi barədə müştərilərə dolğun məlumat təqdim etmək
Satış planına uyğun olaraq gündəlik, həftəlik və aylıq satış planlarını reallaşdırmaq
Müştərilərlə uzunmüddətli korporativ münasibətləri qurmaq və inkişaf etdirmək
Rəqib məhsullar, firmalar haqqında məlumatları toplamaq və rəhbərliyə təqdim etmək
Müştərilərdən gələn sualları peşəkar şəkildə cavablandırmaq və bu haqda rəhbərliyi məlumatlandırmaq
Sifarişləri qəbul etmək, prosedura uyğun olaraq sifariş məlumatlarını lazımi qaydada qeyd etmək və çatdırmanı koordinasiya etmək
Gündəlik fəaliyyət, satış göstəriciləri, ziyarətlər və müştəri tələbləri ilə bağlı hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
Şirkət tərəfindən təşkil edilən iclaslarda, təlimlərdə, təqdimatlarda iştirak etmək, məhsul və xidmət haqqında biliklərini daima yeniləmək
Əmək haqqı
İlk 2 ay 500 AZN.
Növbəti aydan etibarən əmək haqqına əlavə olaraq satışdan bonus hesablanacaq.
CV-lər və məlumatlar qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.
Necə Müraciət Etmək Olar
Polymed MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16421
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə