Satış Meneceri – Fərdi Mebel və İnteryer Layihələri
Bakı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 30 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
Vəzifənin məqsədi
Satış menecerinin əsas məqsədi potensial müştərilərlə və tərəfdaşlarla effektiv kommunikasiya qurmaq, müştəri ehtiyaclarını təhlil etmək, dizayn komandası ilə koordinasiyada fərdi mebel və interyer həllərini təqdim etmək və layihələrin müqavilə mərhələsinə qədər idarə olunmasını təmin etməkdir.
Vəzifə öhdəlikləri
Potensial müştərilərlə ilkin görüşlərin təşkili və aparılması
Müştəri ehtiyaclarının və layihə tələblərinin təhlil edilməsi
İnteryer dizaynerləri və arxitektorlarla peşəkar əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi
Dizayn komandası ilə birgə layihə həllərinin hazırlanmasının koordinasiyası
Qiymət təkliflərinin hazırlanması prosesinin təşkili və nəzarəti
Müştərilərə layihə təqdimatlarının keçirilməsi və qərarvermə prosesinin müşayiət edilməsi
Müqavilə bağlanması və sifariş prosesinin idarə olunması
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması və saxlanılması
Satış fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə dair tələblər
Satış və ya müştəri münasibətlərinin idarə edilməsi sahəsində iş təcrübəsi
İnteryer, mebel və ya tikinti sektorunda təcrübənin olması üstünlük hesab olunur
Yüksək kommunikasiya və təqdimat bacarıqları
Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun həllər təklif etmək bacarığı
Komanda ilə işləmək və layihə proseslərini koordinasiya etmək bacarığı
Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür)
Üstünlük verilən keyfiyyətlər
İnteryer dizaynı və materiallar haqqında baza biliklərinin olması
Arxitektor və dizaynerlərlə işləmək təcrübəsi
Premium müştəri seqmenti ilə işləmək bacarığı
İş şəraiti
Rəqabətli əməkhaqqı sistemi (sabit maaş və satış üzrə bonus)
Yaradıcı və dinamik iş mühiti
Maraqlanan namizədlər öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Phoenix Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12137
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer