Satış Meneceri (B2B – Çap və Promo Məhsullar)
Müqavilə
Menecer
700 AZN-dən
Yerləşdirilib 17 mart 2026
Son Tarix: 10 aprel 2026
Təsvir
İşin təsviri
Biz korporativ çap, promo və brendinq məhsullarının B2B satışı sahəsində sürətlə böyüyürük. Məqsədimiz – komandamıza qoşulduğu ilk aylardan etibarən real satış nəticələri göstərə bilən, bazarı tanıyan və aktiv satış bacarığına malik Satış Meneceri cəlb etməkdir.
Əsas vəzifələr
B2B müştərilərin (şirkətlər, marketinq şöbələri) aktiv şəkildə cəlb edilməsi
Gündəlik soyuq zənglər və görüşlərin təşkili
Kommersiya təkliflərinin hazırlanması və sifarişlərin bağlanması
Satışın idarə olunması və aylıq planın icrası
Müştəri tələbinə uyğun məhsul təklifi və layihə əsaslı satış
CRM sistemində satış mərhələlərinin izlənməsi
Satış nəticələrinin KPI-lar üzrə hesabatı
Namizəd üçün tələblər
Mütləq tələblər:
B2B satış sahəsində minimum 2 il təcrübə (promo, çap, reklam və ya korporativ məhsul satışı – üstünlükdür)
Aktiv satış və cold call təcrübəsi
Danışıqlar aparmaq və müqavilə bağlama bacarığı
Satış nəticələrini rəqəmlərlə ifadə edə bilmək (aylıq dövriyyə, bağlanan sifarişlər və s.)
Azərbaycan dili – sərbəst
Rus dili – üstünlükdür
MS Excel və CRM ilə işləmə bacarığı
Üstünlüklər:
Korporativ hədiyyə və promo məhsullar bazarında təcrübə
Tender və iri sifarişlərlə işləmə bacarığı
Biz nə təklif edirik?
Maaş - 700 AZN ( NET ) + satışdan bonus
Aydın və şəffaf KPI sistemi
Geniş məhsul çeşidi və daimi korporativ tələbat
Çevik qərarvermə və operativ istehsal prosesi
Peşəkar inkişaf və karyera artımı imkanı
Kimləri axtarırıq?
“İlk 3 ayda X AZN dövriyyə etdim” deyə bilən nəticəyönümlü satışçı
Aktiv, təşəbbüskar və müştəri yönümlü
Müştəri gözləməyən, müştəri axtaran satış meneceri
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri – Nero Print” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Nero Print
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11348
İş Növü
Müqavilə
Təcrübə Səviyyəsi
Menecer