Satış Meneceri (B2B)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 18 fevral 2026
Son Tarix: 16 mart 2026
Təsvir
Technomen MMC IT və innovativ texnoloji həllərin satışı istiqamətində Satış Meneceri axtarır. Şirkətimiz korporativ müştərilər üçün kompleks həllər təqdim edir: parking idarəetmə sistemləri, IP telefon/mini ATS, domofon və təhlükəsizlik sistemləri (kamera, turniket, şlaqbaum, access control), IT infrastruktur quruculuğu, veb-saytların hazırlanması və digər texnoloji xidmətlər.
Vəzifə öhdəlikləri
Yeni müştərilərin axtarışı, əlaqələrin qurulması və aktiv satışın təşkili (zəng, görüş, təqdimat)
Müştəri ehtiyaclarının müəyyən edilməsi, obyekt üzrə ilkin analiz və uyğun həllin təklif olunması
Xidmətlərin korporativ və fərdi müştərilərə təqdimatı (demo/təqdimat)
Kommersiya təkliflərinin hazırlanması, qiymət razılaşmaları və müqavilə prosesində iştirak
Görüşlərin təşkili və satış prosesinin ilkin əlaqədən müqavilə bağlanmasına qədər idarə olunması
Mövcud müştəri bazası ilə işləmək, təkrar satış və servis yönümlü təkliflərin verilməsi
Aylıq satış planının yerinə yetirilməsi və nəticələrin rəhbərliyə qısa hesabatı
Müştəri bazasının formalaşdırılması və CRM sistemində düzgün qeydiyyat/yenilənmə
Tələblər
Minimum 1 il satış təcrübəsi (B2B və ya texniki satış təcrübəsi üstünlükdür)
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparma bacarığı
Nəticəyönümlülük, məsuliyyət və müştəri ilə uzunmüddətli münasibət qurma bacarığı
MS Office (xüsusilə Excel/Word) ilə işləmə bacarığı
Aktiv, çevik, öyrənməyə və inkişaf etməyə açıq olmaq
Sürücülük vəsiqəsi və şəxsi avtomobil üstünlükdür
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Həftə içi 6 gün (B.e–C.a 09:00–18:00, Şənbə 09:00–14:00)
Əmək haqqı: Fix maaş + satışdan bonus
Rəsmi əmək müqaviləsi
Karyera yüksəlişi və peşəkar inkişaf imkanı (təlimlər, real layihələrdə iştirak)
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Technomen
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9130
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer