Satış meneceri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 fevral 2026

Son Tarix: 26 mart 2026

Təsvir

Reklam-kommunikasiya şirkətinə satış meneceri vəzifəsinə işçi qəbulu elan edilir!

Namizəd üçün tələblər:

  • Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti, İngilis dili - Orta və yuxarı səviyyədə;

  • İqtisadi, texniki, marketinq, menecment sahəsində təhsilin olması arzuolunandır;

  • PC və ofis proqramlarından istifadə bacarığı. Word, Excel, Power Point proqramlarında məharətlə işləmə bacarığı; Photoshop programını

  • Analitik düşüncə, rəqəmlər, cədvəllər, verilənlər məlumat bazası ilə işləmək bacarığı;

  • Yaxşı ünsiyyət bacarığı, məsuliyyətlilik, məqsədyönlülük, inkişaf etmək istəyi;

  • 28 yaşadək bu sahədə təcrübəsi olan, həm də təcrübəsi olmayan namizədlərin CV-nə baxılacaq (şirkətdə perspektivli işçilər üçün treninqlər keçirilir).

İşçinin vəzifəsi:

Təqdimatların  hazırlanması; sənədlərin işlənib hazırlanması; müştəri axtarışı və cəlb edilməsi, reklam kampaniyalarının keçməsinə nəzarət, hesabatın aparılıması; təkliflərin hazırlanması ; gündəlik ünsiyyət

İş şəraiti haqqında:

  • 5 günlük iş həftəsi, iş saatı 10:00 - 18:00;

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq məşğulluq;

  • Şəhərin mərkəzində müasir ofisdə işləmək;

  • Gülərüz, müasir və yaradıcı kollektiv;

  • İşçinin beynəlxalq standartlara uyğun hazırlanması;

  • Karyera artımı perspektivi.

  • Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir.

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9953

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer