Satış Meneceri
Bakı,, 9cu, mkr, Adil, Məmmədov, 11
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 5 aprel 2026
Təsvir
Stomatoloji materiallar və diş implant sistemlərinin satışı
İş Haqqında Məlumat:
Mövcud müştəri bazası (stomatoloqlar və klinikalar) ilə işləmək və yeni müştəriləri cəlb etmək;
Diş implant sistemlərinin texniki xüsusiyyətlərini həkimlərə peşəkar şəkildə təqdim etmək;
Klinikalarla uzunmüddətli və etibarlı biznes münasibətləri qurmaq;
Satış planlarının vaxtında və effektiv icrasını təmin etmək;
Günlük və həftəlik fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.
Namizədə dair Tələblər:
Təhsil: Ali təhsil (Tibbi, bioloji və ya biznes sahəsində təhsil arzuolunandır);
Təcrübə: Satış sahəsində minimum 1 il təcrübə (Stomatoloji və ya tibbi sahədə təcrübə böyük üstünlükdür);
Dil Bilikləri: Azərbaycan dilində səlis danışıq (Rus, İngilis dili biliyi üstünlükdür);
Bacarıqlar: Yüksək ünsiyyət və inandırma qabiliyyəti, nəticəyönümlülük;
Şəxsi Keyfiyyətlər: Səliqəli xarici görünüş, punktuallıq və öyrənməyə həvəs;
Digər: Şəhər daxili klinikaları ziyarət etmək üçün mobillik.
İş Şərtləri və Qrafik:
İş saatı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
Şənbə günü: 10:00 – 14:00 (Qısa iş günü);
İstirahət günü: Bazar günü;
Ünvan: Bakı ş., Binəqədi r-nu, 9cu mkr Adil Məmmədov 11];
Əmək haqqı: 700 AZN + Satışdan bonuslar (Fix maaş namizədin təcrübəsinə görə müzakirə olunur).
Şirkət tərəfindən təmin edilir:
Nəqliyyat xərclərinin kompensasiyası (ilk başda)
Məhsul və satış texnikaları üzrə peşəkar təlimlər.
Müraciət üçün: Maraqlanan şəxslər öz CV-lərini "Satış Meneceri - Hasdent" başlığı ilə [hasdent@yahoo.com] ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Hasdent
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9620
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer