Satış meneceri

Bakı

Tam Ştat

Menecer

650 - 1.250 AZN

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 5 aprel 2026

Təsvir

Crea Business Solutions & Consulting
Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Korporativ Resurs Planlama) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandamıza yeni üzvlər dəvət edir.
Biz — hər gün böyüyən və inkişaf edən dinamik bir komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və real motivasiya istəyirsənsə — doğru yerdəsən!

Biz nə təklif edirik
Gənc, motivasiyalı və peşəkar komanda
Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər
Dəyişkən iş qrafiki — ofisdə minimum vaxt, sahədə maksimum aktivlik
Sabit əməkhaqqı + satışdan bonus/faiz
Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları

İş şərtləri
İş vaxtı: həftədə 6 gün
Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Şənbə: 09:00 – 13:00
İstirahət günü: Bazar
Nahar fasiləsi: 13:00 – 14:00
Nəqliyyat xərcləri (şəxsi avtomobili olan əməkdaşlara yanacaq xərci), korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən qarşılanır

Niyə məhz biz?
Bizdə hər şey realdır: praktik təcrübə, güclü mentor dəstəyi, peşəkar komanda və özünü göstərmək üçün geniş imkanlar. Dinamik və inkişaf yönümlü iş axtarırsansa — komandamıza qoşul!

Veb: www.crea.az
Ünvan: Əliəşrəf Əlizadə 790/8, Nərimanov rayonu, Bakı, Azərbaycan

İş haqqında

Yaş: 19–28
Cins: Bəy
Aktiv, pozitiv və ünsiyyətcil olmaq
Qazanmağa, öyrənməyə və inkişaf etməyə motivasiyalı olmaq
Səfərli iş rejiminə hazır olmaq
Satış sahəsində ilkin biliklər və ya bu sahədə inkişaf etmək istəyi
Avtomobilin olması üstünlükdür.

Tələblər

Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək
Məhsul təqdimatları və məsləhətləndirmə aparmaq
Aktiv satış prosesini idarə etmək və müştərini bütün mərhələlərdə müşayiət etmək
Fərdi kommersiya təklifləri hazırlamaq
Komanda ilə əməkdaşlıq etmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9576

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

ERP hotel proqramı üzrə İT məsləhıtçi

Tam Ştat

Crea Business Solutions & Consulting Restoran, otel və mağaza idarəetmə proqramları, həmçinin pərakəndə, topdan satış və istehsalat ERP sistemlərinin tətbiqi və konsaltinq xidmətlərini göstərən firmamız, gənc və pozitiv komandasına yeni üzvlər dəvət edir. İş şəraiti: İş vaxtı: Həftənin 6 günü. İş saatları: Bazar ertəsi – Cümə: 10:00-dan 19:00-dək; Şənbə: 09:00-dan 13:00-dək. Nahar fasiləsi: 13:00-dan 14:00-dək. İstirahət günü: Bazar günü www.crea.az Ünvan:  Əliəşrəf Əlizadə 790/8, Nərimanov, Bakı, Azərbaycan İş haqqında Tələblər və Kompetensiyalar: Təhsil: Universitetlərin Kompüter Elmləri sahəsi üzrə məzun olmaq. Mühasibatlıq sahəsində təhsil və ya müvafiq sertifikatın olması böyük üstünlükdür. İş Təcrübəsi: ERP və mühasibatlıq proqramlarının işləmə prinsipləri sahəsində praktiki bilik və təcrübə. Proqram analiz proseslərində minimum 1 il təcrübə. Texniki Biliklər: SQL bilikləri və mühasibatlıq biliklərinin olması zəruridir. Windows 7, 10, 11 və Windows Server mühitində sərbəst işləmək bacarığı. VirtualBox, VMware və virtual serverlərin idarə olunması. Microsoft Office (xüsusilə peşəkar Excel bilikləri). Şəxsi Keyfiyyətlər: Davamlı öyrənməyə meyilli, problem həll etmə, qərar qəbul etmə və planlaşdırma qabiliyyətinə sahib, kollektivlə işləmə bacarığı olan və məsuliyyətli. Yaş və Cins: 22-35 yaş Bəy namizədlər.

Bakı