Satış Meneceri
Bakı
Tam Ştat
Menecer
1.000 AZN-dən
Yerləşdirilib 19 fevral 2026
Son Tarix: 31 mart 2026
Təsvir
Şirkət haqqında:
Biz mobil tətbiqlər, veb saytlar, daxili korporativ proqram təminatı və digər rəqəmsal həllərin hazırlanması sahəsində fəaliyyət göstərən IT şirkətiyik. Müştərilərimizə bizneslərini rəqəmsallaşdırmaq və inkişaf etdirmək üçün müasir texnoloji həllər təqdim edirik.
Vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışı və cəlb edilməsi
IT xidmətlərinin (veb sayt, mobil tətbiq, korporativ proqramlar və s.) təqdimatı və satışı
Müştəri ehtiyaclarının analiz edilməsi və uyğun həllərin təklif olunması
Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
Danışıqların aparılması və müqavilələrin bağlanması
Satış planının icrası və yeni layihələrin şirkətə cəlb edilməsi
KPI və sınaq müddəti:
Satış təmsilçisi üçün əsas KPI: aylıq minimum 3 layihənin şirkətə cəlb edilməsi
İşə qəbul zamanı 10 günlük sınaq (test) müddəti tətbiq olunur
Sınaq müddətində namizədin satış bacarıqları və nəticələri qiymətləndirilir
KPI yerinə yetirildiyi halda əsas əmək haqqı və bonus sistemi aktivləşdirilir
Tələblər
Satış sahəsində minimum 1 il iş təcrübəsi (IT sahəsi üstünlükdür)
Ünsiyyət və təqdimat bacarıqları yüksək
Müştəri yönümlü və nəticə fokuslu yanaşma
Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
MS Office proqramları ilə işləmə bacarığı
Komandada və müstəqil işləmə bacarığı
Təklif edirik:
KPI yerinə yetirildikdən sonra maaş aktivləşir
Yüksək bonus və motivasiya sistemi
Karyera inkişaf imkanı
Gənc və peşəkar komanda
Rahat ofis şəraiti
Müraciət qaydası
CV-nizi biomarkbionet@gmail.com elektron poçt ünvanına mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Biomark
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9193
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer