Satış Meneceri
Bakı,, Sənan, Kərimav, 3,, Xətai, Residence
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Biz Bakıda fəaliyyət göstərən 2 stomatoloji klinikanın satış göstəricilərini artırmaq üçün peşəkar satış meneceri axtarırıq. Pasiyentlərimizin əsas müraciət kanalı Instagramdır — gündəlik onlarca DM, story cavabı və reklam müraciəti daxil olur. Sizin vəzifəniz bu müraciətləri itirilmədən, düzgün mesajlaşma ilə görüşə, görüşü isə real pasiyentə çevirmək olacaq.
Əsas vəzifələriniz:
Instagram üzrə satış:
Daxil olan DM-lərə maksimum 15 dəqiqə ərzində cavab vermək
Hər müraciəti strukturlu söhbətə çevirmək — pasiyentin problemini anlamaq, düzgün xidməti təqdim etmək, görüş ayırtmaq
"Qiymət nə qədərdir?" tipli sualları sadəcə cavablandırmaq deyil, söhbəti görüşə doğru yönləndirmək
Story reaksiyaları, comment-lər və reklam leadlərini izləmək və cavablandırmaq
"Düşünəcəm", "bahalıdır", "sonra yazaram" kimi etirazları peşəkarcasına idarə etmək
Telefon zəngləri:
Maraqlanan lakin hələ qərar verməyən pasiyentlərə zəng edib konsultasiyaya dəvət etmək
Zəngdə klinikanı inamlı şəkildə təqdim etmək, sualları cavablandırmaq
Pasiyenti klinikaya fiziki gəlişə razı salmaq — bu sizin əsas KPI-nızdır
Cavabsız qalan zənglərə mütləq geri dönmək, lead itkisinin qarşısını almaq
Ümumi:
Hər müraciəti qeydiyyata almaq və nəticəsini izləmək
Həftəlik: daxil olan müraciət sayı, görüşə çevrilmə faizi, itirilən leadlər üzrə hesabat vermək
Uğurlu söhbət nümunələrini sistemləşdirərək skript bazasını inkişaf etdirmək
Sizdən gözlədiklərimiz:
Instagram üzrə aktiv satış təcrübəsi — ən azı 1 il (DM vasitəsilə müştəri cəlbi)
Telefonda güclü ünsiyyət bacarığı — həm dinləmək, həm inandırmaq, həm də istiqamətləndirmək bacarığı
Satış psixologiyasını praktiki bilmək: etiraz idarəsi, güvən yaratma, doğru sual vermə texnikaları
Sürətli və düzgün yazılı ünsiyyət — mesajınız həm mehriban, həm peşəkar olmalıdır
Azərbaycan dilini mükəmməl bilmək, rusca ünsiyyət üstünlük sayılacaq
Nəticəyə yönəlmiş düşüncə tərzi — işinizi rəqəmlərlə ölçə bilməlisiniz
Tibbi, estetika və ya gözəllik sahəsindəki klinikada təcrübə — üstünlük sayılacaq
Biz sizə nə təklif edirik:
Sabit maaş + hər uğurlu görüş üçün ayrıca bonus sistemi
İki klinika üzrə geniş müraciət axını — çox lead, çox qazanc imkanı
Daxili satış təlimləri, hazır skript bazası və davamlı dəstək
İş rejimi: Hibrid
Ünvan: Sənan Kərimov 3. Xətai m/s. yaxınlığı, Xətai Residence
Necə Müraciət Etmək Olar
Redmark Agency
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15187
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer