Satış meneceri

Bakı

Tam Ştat

Menecer

650 - 2.000 AZN

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 17 may 2026

Təsvir

Crea Business Solutions & Consulting
Restoran, otel və mağaza idarəetmə proqramları, pərakəndə, topdan satış və istehsalat ERP (Korporativ Resurs Planlama) sistemlərinin tətbiqi və konsaltinq xidmətləri göstərən firmamız gənc və pozitiv komandamıza yeni üzvlər dəvət edir.
Biz — hər gün böyüyən və inkişaf edən dinamik bir komandayıq. Passiv gözləməyi sevməyən, aktiv, enerjili və real inkişaf imkanları axtaran satış meneceri axtarırıq. Əgər yeni biliklər, canlı iş mühiti və real motivasiya istəyirsənsə — doğru yerdəsən!

Biz nə təklif edirik:
Gənc, motivasiyalı və peşəkar komanda
Məhsullar, satış texnikaları və danışıqlar üzrə təlimlər
Dəyişkən iş qrafiki — ofisdə minimum vaxt, sahədə maksimum aktivlik
Sabit əmək haqqı + satışdan bonus/faiz
Sürətlə inkişaf edən şirkətdə real karyera yüksəlişi imkanları

İş şərtləri:
İş vaxtı: həftədə 6 gün
Bazar ertəsi – Cümə: 10:00 dan–19:00 dək
Şənbə: 09:00 dan–13:00 dək
İstirahət günü: Bazar
Nahar fasiləsi: 13:00 dan–14:00 dək
Nəqliyyat xərcləri, korporativ nömrə və telefon xərcləri şirkət tərəfindən qarşılanır

Niyə məhz biz?
Bizdə hər şey realdır: praktik təcrübə, güclü mentor dəstəyi, peşəkar komanda və özünü göstərmək üçün geniş imkanlar. Dinamik və inkişaf yönümlü iş axtarırsansa — komandamıza qoşul!

Veb: www.crea.az
Ünvan: Əliəşrəf Əlizadə 790/8, Nərimanov rayonu, Bakı, Azərbaycan.

İş haqqında

Yaş: 19–28
Cins: Bəy
Aktiv, pozitiv və ünsiyyətcil olmaq
Qazanmağa, öyrənməyə və inkişaf etməyə motivasiyalı olmaq
Səfərli iş rejiminə hazır olmaq
Satış sahəsində ilkin biliklər və ya bu sahədə inkişaf etmək istəyi
Avtomobilin olması üstünlükdür.

Tələblər

Müştəri obyektlərinə səfərlər etmək, görüşlər keçirmək
Məhsul təqdimatları və məsləhətləndirmə aparmaq
Aktiv satış prosesini idarə etmək və müştərini bütün mərhələlərdə müşayiət etmək
Fərdi kommersiya təklifləri hazırlamaq
Komanda ilə əməkdaşlıq etmək, ideyalar paylaşmaq və peşəkar inkişafda iştirak etmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14907

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya