Satış meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 7 aprel 2026
Son Tarix: 7 may 2026
Təsvir
Vəzifə tələbləri:
Şirkətin xidmətlərinin satışını təmin etmək
Bazarın aktual qiymət siyasətini təhlil etmək
Cari və perspektivli müştərilərlə güclü əlaqələri daim inkişaf etdirmək
Cari və perspektivli müştərilər üçün təkliflər təqdim etmək
Logistika menecerləri ilə sıx əməkdaşlıq etmək
Müştərilərdən daxili yük daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq;
Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək;
Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək;
Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq;
İrxal, ixrac və tranzit daşımaları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək;
Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi
Namizədə qarşı tələblər:
Beynəlxalq və daxili yük daşıma sahəsində 3 illik iş təcrübəsi;
Hazır müştəri bazası üstünlükdür.
Dil bilikləri: Azərbaycan, Rus əla səviyyədə bilməli ( İngilis dili arzuolunandır);
Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
Peşəkarlıq tələbləri:
Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
Müştərini dinləmək və inandırmaq bacarığı;
Təqdimat bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
İş Qrafiki:
İş günü: Bazar ertəsi-Cümə
İş saatları: 09:00-18:00
Əmək haqqı: əmək haqqı + bonus
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Sahil Transport MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13023
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer