Satış meneceri
Bakı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 30 mart 2026
Son Tarix: 16 aprel 2026
Təsvir
Ümumi məlumat:
Satış Meneceri ixrac satışlarının idarə olunmasına cavabdehdir və şirkətin beynəlxalq bazarlarda mövqeyini gücləndirmək məqsədilə strateji planlamadan əməliyyatların icrasına qədər bütün prosesi koordinasiya edir. Namizəd yeni bazar imkanlarını müəyyənləşdirir, xarici müştəri portfelini genişləndirir və uzunmüddətli əməkdaşlıqlar qurur. Satış həcminin artırılmasına, gəlirliliyin optimallaşdırılmasına və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanmasına diqqət yetirir.
Metallurgiya məhsullarının satış strategiyalarının hazırlanması və icrası
Xarici müştəri portfelinin idarə olunması və yeni müştərilərin cəlb edilməsi
Satış planlarının hazırlanması, icrası və nəticələrin analizi
CRM və ERP sistemlərində satış əməliyyatlarının qeyd olunmasının təmin edilməsi
Komanda üzvlərinin iş bölgüsü, performansın izlənməsi və motivasiya olunması
Bazarda rəqiblərin fəaliyyətinin izlənməsi və bazar imkanlarının qiymətləndirilməsi
Satış kampaniyalarının, promosyon fəaliyyətlərinin və tender iştiraklarının koordinasiyası
Məhsulun beynəlxalq standartlara (ISO, ASTM, EN və s.) uyğunluğunun təmin edilməsi üçün müvafiq şöbələrlə əməkdaşlıq
Təhsil və biliklər:
Ali təhsil: İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Logistika və ya oxşar sahə
Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis və Rus dili – arzuolunandır
Bacarıqlar: analitik düşüncə, komanda idarəçiliyi, operativ qərarvermə, müştəri ilə ünsiyyət
Təcrübə:
Təcrübə: Satış sahəsində ən azı 3 il
İxrac satışları istiqamətində təcrübə üstünlükdür
Sertifikatlar (arzuolunandır):
İxrac və satış üzrə sertifikatlar
Şərtlər:
Əmək haqqı - fix əmək haqqı, + mənfəətin 20 %
Qrafik: Hibrid
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Juris Trade Azərbaycan
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12089
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer