Satış koordinatoru
Bakı
Tam Ştat
Orta Səviyyə
800 - 1.500 AZN
Yerləşdirilib 13 fevral 2026
Son Tarix: 22 mart 2026
Təsvir
7. İş şəraiti
İş qrafiki: 5/2 və ya razılaşma ilə
Ödəniş: sabit maaş + satış nəticələrinə bağlı bonus
Format: əsasən ofis işi + müştərilərə səfərlər
İş yeri, CRM girişləri, təqdimat materialları və nümunələr şirkət tərəfindən təmin olunur.
İş haqqında
Rus dili biliyi vacibdir
Xanım namizədlər
Ali təhsil
Satış və/və ya ofis administrasiyasında təcrübə arzuolunandır
CRM (MS Office, e-mail və s.) bilikləri
Səlis nitq, ünsiyyət bacarığı, müştəriyönümlülük
Məsuliyyətlilik, səliqəlilik, komanda işi.
Tələblər
Satış Koordinatoru (Karton Məhsulları)
1.1. Vəzifə satış şöbəsinə aiddir.
1.2. İşçi direktorun əmri ilə təyin olunur və vəzifədən azad edilir.
1.3. Birbaşa satış şöbəsinin rəhbərinə / kommersiya direktoruna tabedir.
1.4. Fəaliyyətində qanunvericiliyə, şirkətin daxili qaydalarına və bu təlimata əsaslanır.
1.5. Vəzifə kombinədir: iş vaxtının təxminən 80%-i ofis administrasiyası, 20%-i görüşlərdən ibarətdir.
2.1. Satış prosesinə keyfiyyətli administrativ dəstək göstərmək.
2.2. Karton məhsullarının mövcud və potensial müştərilərə təqdimatı və satışı.
2.3. CRM-də müştəri bazasını aktual saxlamaq.
3.1. Ofis administrasiyası
CRM-də müştəri məlumatlarının daxil edilməsi və yenilənməsi; zəng, görüş və satış mərhələlərinin qeydiyyatı;
Kommersiya təklifləri, müqavilələr, hesab-fakturalar və digər sənədlərin hazırlanması;
Müştərilərə zənglər: sifariş təsdiqi, xatırlatma, razılaşdırma və izləmə;
Görüş və danışıqların təşkili, vaxtın koordinasiyası, nümunə və təqdimat materiallarının hazırlanması;
CRM və gündəlik fəaliyyət üzrə qısa hesabatların hazırlanması.
3.2. Satış və müştərilərlə iş
Müştərilərin ofisdə qəbulu, məhsulların və əməkdaşlıq şərtlərinin təqdimatı
Müştərilərə səfərlər və yerində görüşlərin keçirilməsi
Tələbatın müəyyənləşdirilməsi, uyğun həllərin təklifi, qiymət və şərtlərin razılaşdırılması
Sifarişdən yüklənməyədək prosesin istehsalat və logistika ilə koordinasiyası;
4. Hüquqlar
Səlahiyyət çərçivəsində şirkəti müştərilər qarşısında təmsil etmək
İş üçün zəruri məlumat və materialları tələb etmək
CRM və satış/administrativ proseslərin yaxşılaşdırılması üzrə təkliflər vermək.
Necə Müraciət Etmək Olar
Fabrika1900
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8587
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə