Ana Səhifə
Vakansiyalar

Satış direktoru

Satış direktoru

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 yanvar 2026

Son Tarix: 14 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Şirkətin ümumi satış strategiyasının hazırlanması və icrası

  • Satış hədəflərinin müəyyən edilməsi və onların icrasına nəzarət

  • Satış komandasının idarə edilməsi və motivasiyası

  • Satış komandasının işinə gündəlik nəzarət, performansın qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqi

  • Bazarın təhlili, rəqiblərin araşdırılması və yeni satış imkanlarının müəyyən edilməsi

  • Satış proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

  • Marketinq və digər əlaqəli şöbələrlə koordinasiyalı işləmək

  • Müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və danışıqlarda iştirak

  • Kommersiya təkliflərinin hazırlanması və müqavilə proseslərinə nəzarət

  • Müştəri məmnuniyyətinin təmin edilməsi və şikayətlərin operativ həlli

Tələblər

  • Ali təhsil (biznes, marketinq və ya oxşar sahələr üzrə arzuolunandır)

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi

  • Komanda, idarəetmə və liderlik bacarıqları

  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı

  • Analitik düşünmə və nəticəyönümlü yanaşma

  • Azərbaycan dili – səlis, rus dili- səlis, ingilis dili arzuolunandır

  • 1C, excel bilikləri yüksək səviyyədə

Digər Məlumatlar:

  • İş qrafiki: 6 günlük

  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

  • Ünvan: Binəqədi yolu 100

  • Nahar şirkət tərəfindən təmin edilir

CV-lərinizi vakansiyanın adını qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə 055-293-13-39

Necə Müraciət Etmək Olar

Xırman MMC

Xırman MMC

Other

Xırman MMC Azərbaycanda qida sənayesi sahəsində fəaliyyət göstərən şirkətdir və 1997-ci ildən etibarən müxtəlif gündəlik qida məhsullarının istehsalı ilə bazarda öz yerini tutmuşdur. Şirkət un, çörək məmulatları, qatılaşdırılmış süd, bitki yağları və digər məhsullar istehsal edir və istehlakçılar arasında keyfiyyətli məhsulları ilə tanınır. Məhsulları həm ölkə daxilində, həm də xarici bazarlarda, o cümlədən Türkiyə, Gürcüstan, İran və Liviya kimi ölkələrə ixrac edilmişdir. Xırman MMC-nin baş ofisi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir və şirkət son illərdə fəaliyyətini modern istehsal texnologiyaları ilə davam etdirir. Qeyd etmək lazımdır ki, müəssisənin buğda unu emalı zavodunda bəzi keyfiyyət və gigiyena standartları ilə bağlı yoxlamalar aparılmışdır.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4934

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya