Satınalma və təchizat üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
1.000 - 1.200 AZN
Yerləşdirilib 16 yanvar 2026
Son Tarix: 25 fevral 2026
Təsvir
Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
Tədarükçülərlə müqavilələrin bağlanması
Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftə içi 5 gün Saat 09:45-dən -18:45-dək (şənbə günü növbəli, bir həftədən bir)Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : -
Ali təhsilli
Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir)
MS Office proqramlarından sərbəst istifadə bacarığı
İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq
İşgüzar ünsiyyət etikası
Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
Komandada işləmək bacarığı
Biz təklif edirik:Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
Peşəkar və karyera yüksəlişi üçün imkanlar
Rəqabətli əmək haqqı və müavinətlər paketi
Yeni ideya və yanaşmalara açıq mühit
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur
Necə Müraciət Etmək Olar
Active Solutions MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5069
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə