Satınalama üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 7 mart 2026
Son Tarix: 6 aprel 2026
Təsvir
Xəzər Universiteti Dünya Məktəbi MMC “Satınalama üzrə mütəxəssis”axtarır!
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani 9
Vəzifə öhdəlikləri
Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri olan mal, material, təsərrüfat və ofis ləvazimatlarının, avadanlıqların satınalma prosesini təşkil edir.
Məktəbin şöbələri tərəfindən təqdim olunan sifarişləri qəbul edir, təhlil edir və satınalma prosesinin planlaşdırılmasında iştirak edir.
Yerli və xarici tədarükçülərin araşdırılmasını aparır, yeni təchizatçılarla əlaqələrin qurulmasını təmin edir və mövcud tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirir.
Mallar və avadanlıqlar üzrə texniki xüsusiyyətlərin və qiymətlərin araşdırılmasını aparır.
Yerli və xarici təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınmasını təşkil edir, təkliflərin müqayisəli təhlilini aparır və optimal təkliflərin seçilməsi üçün rəhbərliyə təqdim edir.
Təchizatçı şirkətlərlə danışıqlar aparır və əməkdaşlıq şərtlərinin razılaşdırılmasını təmin edir.
Satın alınan malların qəbulu, keyfiyyətinin yoxlanılması və anbara yerləşdirilməsi prosesində iştirak edir.
Qaimə, hesab-faktura və digər təchizat sənədlərinin hazırlanmasını və düzgünlüyünün yoxlanılmasını təmin edir.
Malların hərəkəti və qaimələrin müvafiq proqram təminatına (1C və ya digər sistemlərə) daxil edilməsini təmin edir.
Təchizat sənədlərinin düzgün şəkildə saxlanılması və arxivləşdirilməsini həyata keçirir.
Mühasibatlıq və anbar şöbəsi ilə koordinasiyalı şəkildə işləyərək sənəd dövriyyəsinin düzgün aparılmasını təmin edir.
Satınalma və təchizat prosesləri üzrə rəhbərliyə dövri hesabatlar hazırlayır və təqdim edir.
Məktəbin ehtiyaclarına uyğun olaraq satınalma və təchizat üzrə təklif sorğularının və tender proseslərinin təşkili, təchizatçılardan təkliflərin toplanması və müqayisəli təhlilinin aparılmasını təmin edir.
Tender və satınalma prosedurları üzrə sənədlərin hazırlanmasında iştirak edir və rəhbərliyə təqdim edir.
Gömrükləmə üçün lazım olan sənədləri hazırlamaq
Namizəd üçün tələblər:
Təhsil: İqtisadiyyat sahəsi üzrə minimum bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: vəzifə sahəsində 2 il ;
Xarici dillər: Azərbaycan dili (səlis), ingilis dili (B2 səviyyədə);
Kompüter bilikləri: Word, Excel, Outlook, 1C;
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00).
Əmək haqqı: 1000 Azn NET
Rəsmi əmək müqaviləsi, Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan tələblərə uyğun Namizədlər CV-lərini “Satınalama üzrə mütəxəssis” başlığı altında qeyd olunan elektron poçt adresinə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Khazar University Dunya IB School
Vakansiya Təfərrüatları
Vakansiya ID
#10551
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə