Satıcı-kassir

Bakı

Tam Ştat

Orta Səviyyə

500 AZN-dən

Yerləşdirilib 14 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

SeaBreeze-də Karyerana Yeni Nəfəs Ver!

Yayın enerjisini, dənizin ruhunu və dinamik iş mühitini bir araya gətirən komandamız böyüyür!

Yay mövsümündə SeaBreeze ərazisində fəaliyyət göstərəcək mağazalarımız üçün Satıcı-Kassir vəzifəsinə enerjili, gülərüz və məsuliyyətli əməkdaşlar axtarırıq.

Əgər insanlarla ünsiyyəti sevir, aktiv və prestijli mühitdə işləmək istəyirsənsə — bu fürsət məhz sənin üçündür!

Səni nələr gözləyir?

  1. Prestijli və müasir iş mühiti

  2. Gənc və motivasiyalı komanda

  3. Stabil əmək haqqı və bonus imkanları

  4. Karyera inkişafı üçün real fürsətlər

  5. Yayın ən canlı və elit məkanlarından birində çalışma təcrübəsi

  6. Qidalanma və nəqliyyat xərclərinin şirkət tərəfindən qarşılanması

İş yeri: SeaBreeze

İş qrafiki: Həftədə 6 iş günü / 1 gün istirahət

Vakansiya: Satıcı-Kassir

Dəniz kənarında uğurlu karyeranın bir parçası olmaq istəyirsənsə, Sport System komandasına qoşul!

CV-lərinizi nijat.mahammadli@sportsystem.az ünvanına göndərin və bizimlə birlikdə uğura addımlayın!

İş haqqında

  1. Ünsiyyət bacarığı və pozitiv yanaşma

  2. Məsuliyyətlilik və operativlik

  3. Komandada işləmə bacarığı

  4. Satış sahəsində təcrübə arzuolunandır

Tələblər

  1. Müştərilərin yüksək səviyyədə qarşılanması və xidmət göstərilməsi

  2. Məhsullar barədə məlumatlandırma və satışın həyata keçirilməsi

  3. Kassa əməliyyatlarının düzgün aparılması

  4. Mağaza səliqəsinin və məhsul düzülüşünün qorunması

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16471

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə