Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

Satıcı-Barista (qadın namizədlər)

Bakı

Tam Ştat

Orta Səviyyə

550 AZN-dən

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

“Mochiki”nin şirin dünyasına dəvətlisiniz! İnsanlarla ünsiyyətdən zövq alırsınızsa, gülümsəməyi sevirsinizsə və rəngarəng moçi desertləri, bubble tea içkiləri ilə dolu bir mühitdə işləmək istəyirsinizsə — komandamızda yeriniz hazırdır!

Vəzifə öhdəlikləri:

  • Moçi, bubble tea və digər məhsulların müştərilərə düzgün təqdimatı və satışı;

  • Resept əsasında bubble tea içkilərinin hazırlanması;

  • Satış nöqtəsində səliqə və təmizliyin qorunması;

  • Komanda ilə ahəng içində çalışaraq xoş mühitin yaradılması.

Bizim üçün vacib olan keyfiyyətlər:

  • Gülərüzlülük və səmimiyyət;

  • Komanda ruhunda işləmək bacarığı;

  • Müştərilərdə xoş təəssürat yaratmaq istəyi.

Tələblər

  • Təcrübə üstünlükdür, lakin əsas olan öyrənməyə açıq olmaqdır;

  • Rus dili biliyi arzuolunandır.

Sizə təklif edirik:

  • İş qrafiki: 1 iş günü / 1 istirahət günü (Növbəli);

  • İş saatı: 10:00 – 22:00;

  • Maaş: 550 AZN (xalis) + satış bonusları.

Filiallarımız: Port Bazar, 28 Mall, Dəniz Mall, Gənclik Mall

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#1602

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə