Risklərin idarə edilməsi üzrə şöbə müdiri
Bakı
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 17 may 2026
Təsvir
Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizəd axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi
Risk komandası üzvlərinin idarə olunması, inkişafı və performansının qiymətləndirilməsi
Tələblər
Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
Risklərin idarə olunması, bankçılıq və ya FinTek sahəsində minimum 5 il iş təcrübəsi
Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə
Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
Analitik və strateji düşünmə qabiliyyəti
Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür
İş şəraiti
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Baku Pay
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14240
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer