Ana Səhifə
Vakansiyalar

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Risklərin idarə edilməsi üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 11 yanvar 2026

Son Tarix: 6 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Əməliyyat və likvidlik riskləri üzrə limitlərin müəyyən edilməsi və Təşkilatın risk iştahası bəyannaməsinin hazırlanması.

  • Daxili qaydalarla müəyyən edilən dövrilikdə əməliyyat və likvidlik risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi (o cümlədən, yeni məhsul və xidmətlərlə bağlı), nəticələrə dair hesabatların hazırlanması.

  • Risklərin idarə edilməsi tədbirlərinin müəyyən edilməsi, risklərin monitorinqinin həyata keçirilməsi və daxili qaydalarla müəyyən edilən dövrilikdə hesabatlılığın təmin edilməsi.

  • Əməliyyat və likvidlik risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi alətlərinin, metodlarının və ümumilikdə Təşkilatın risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi.

  • Qiymətləndirmə nəticəsində aşkar edilən risklərin, müəyyən edilən idarəetmə tədbirlərinin və bunların tətbiq səviyyəsinin digər struktur bölmələrlə kommunikasiyasının həyata keçirilməsi.

  • Risklərin idarə edilməsi siyasətinin, qaydalarının və risk iştahası bəyannaməsinin mütəmadi olaraq nəzərdən keçirilməsi və zərurət olduğu halda yeniləmələrin həyata keçirilməsi.

  • Risk limitlərinin davamlı monitorinqinin, risk iştahası bəyannaməsinin tətbiqinə nəzarətin həyata keçirilməsi və kənarlaşmalar barədə hesabtlılığın təmin edilməsi.

  • Təşkilatın risk mədəniyyətinin təkmilləşdirilməsi, riskin müəyyən edilməsi, riskin qəbulu və idarə edilməsi, habelə risk üzrə qərarların qəbul edilməsi üzrə norma, yanaşma və davranışların inkişaf etdirilməsi üçün tədbirlərin həyata keçirilməsi.

  • Operativ məlumat mübadiləsinin təmini və bütün risklərin səmərəli şəkildə idarə olunması məqsədilə Təşkilatın digər struktur bölmələri ilə əməkdaşlığın aparılması və koordinasiyanın təşkil olunması.

  • Təşkilatın fəaliyyətinə xas olan bütün risklərin, risk iştahasına uyğunluğuna nəzarət edilməsi.

  • Fövqəladə hallarda yaranan risklərin qarşısının alınması və Təşkilatın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar, əməliyyat və biznesin davamlılığı planının hazırlanması.

  • Risklərin idarə edilməsi sahəsi üzrə Təşkilatın əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici tədbirlərin görülməsi.

  • Potensial və faktiki risk hadisələri barədə məlumat bazasının (risk reyestrinin) formalaşdırılması, nəzarət edilməsi və yeniləmələrin aparılması, o cümlədən, istilik xəritəsinin tərtib edilməsi.

  • Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması məqsədilə Menecment İnformasiya Sisteminin və erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi işlərində iştirak edilməsi.

  • Üçüncü tərəf xidmət təminatçıları (kənar xidmət) ilə əməkdaşlıqdan yaranan risklərin qiymətləndirilməsi və idarə edilməsi tədbirlərinin müəyyənləşdirilməsi.

Tələblər

  • Ali təhsil;

  • Təcrübə 2 il;

İş şəraiti:

  • Ofis daxili;

  • İş qrafiki – 5 günlük

  • Əmək haqqının 15 gündən bir ödənilməsi;

  • Tibbi sığorta təminatının verilməsi;

  • Nahar yeməyinin təmin olunması;

  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;

Maraqlananlardan xahiş olunur, qeyd olunan link-ə daxil olub, CV-nizi yönləndirəsiniz.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4582

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Aparıcı IT Biznes Analitik

Tam Ştat

Vəzifə öhdəlikləri: Müxtəlif maraqlı tərəflərdən tələblərin toplanılması, təhlili və sənədləşdirilməsi Ödəniş sistemləri, e-Wallet və terminallar üzrə inteqrasiya və funksional dəyişikliklərin layihə çərçivəsində icrasına dəstək göstərilməsi Layihələr üzrə texniki və funksional sənədlərin hazırlanması (BRD, SRS, User Story, Acceptance Criteria və s.) Dəyişiklik təkliflərinin biznes təsirinin təhlili, alternativ həll yollarının qiymətləndirilməsi və uyğun istiqamətlərin müəyyən edilməsi Proqramlaşdırma, Sistem analitik, Biznes İnkişaf və digər aidiyyatı komanda üzvləri ilə sıx əməkdaşlıq edərək tələblərin düzgün interpretasiyasının təmin olunması Şirkətin fəaliyyət sahələrinə uyğun analitik araşdırmaların aparılması və proseslərin optimizasiyası üçün təkliflərin hazırlanması SDLC çərçivəsində layihələrin bütün mərhələlərində iştirak Müxtəlif analitik metodlardan istifadə etməklə mövcud proseslərin qiymətləndirilməsi Namizədə qoyulan tələblər: Ödəniş sistemləri, bank əməliyyatları və ya FinTech sahəsində minimum 2 il iş təcrübəsi UML və BPMN üzrə bilik və praktiki təcrübə Jira, və oxşar project/task idarəetmə alətləri ilə iş təcrübəsi Web Servislərlə işləmək bacarığı, SOAP və REST API-lər üzrə bilik və təcrübə Swagger və Postman ilə işləmə təcrübəsi API serverlərə sorğulama və JSON/XML data formatları ilə işləmək bacarığı Məntiqi, analitik və sistemli düşüncə yanaşması Güclü kommunikasiya, sorğulama, fasilitasiya və komanda ilə işləmək qabiliyyəti MS Office (Word, Excel, PowerPoint) bilikləri Ali təhsil; Dil bilikləri: İngilis dili – B1 (Intermediate) ; Rus dili – B1 (Intermediate); İş şəraiti: Ofis daxili; İş rejimi həftənin 5 günü (09:00 – 18:00); Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; Əmək haqqının 15 gündən bir ödənilməsi; Tibbi sığorta təminatının verilməsi; Nahar xərcinin təmin olunması; “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; Maraqlananlardan xahiş olunur, göstərilən linkə daxil olub, CV-nizi yönləndirəsiniz.

Bakı