Ana Səhifə
Vakansiyalar

Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi

Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi

Finance

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 15 iyun 2026

Təsvir

-      Yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi;

-      Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və rey /report hazırlanmasını təmin etmək;

-      Risk idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının mexanizmlərinin müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması;

-      Müvafiq məhdul ,proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi;

-      Risk / Nəzarət funksiyasının fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək;

-      Əməliyyat risklərinin idarə edilməsi prosesində (KRİ) risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması /eyni zamanda təkmilləşdirmə işlərinin aparılması istiqamətində təkliflər vermək

-      RCSA, KRI, KCI, Risk Reyestri hazırlanmasında yaxından iştirak.

-      Risklərin qiymətləndirilməsi, azladılması və qalq risk nəticəsi barədə hesabatların hazırlanması

-      Bankın məhsul və xidmətlərinin təhlili;

-      Risklərin müəyyən olunması,qiymətləndirilməsi və idarə olunması üzrə təkliflərin verilməsi;

-      Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətgöstərmək.

Tələblər

  • Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);

  • Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;

  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);

  • İngilis dili biliyi mütləqdir;

  • Bank sahəsində müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;

  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

  • BI və Data analitika bilikləri arzuolunandır;

  • Əməliyyat riski üzrə hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;(Risk/İnsidentleri,İstilik xəritəsi,təsir və ehtimal hesablanması və s )

  • Əməliyyat riskləri üzrə ssenari analizi, Stress-testləşdirmə və əməliyyat risklərin modelləşdirilməsi üzrə biliklər;

  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər arzuolunandır;

  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

  • Analitik düşünmə və tədqiqat bacarığı;

  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;

  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Necə Müraciət Etmək Olar

Xalq Bank

Xalq Bank

Finance

Xalq Bank Azərbaycanda fəaliyyət göstərən aparıcı kommersiya banklarından biridir və həm fərdi, həm də korporativ müştərilər üçün geniş maliyyə xidmətləri təqdim edir. Bank 2004-cü ildə fəaliyyətə başlayıb və qısa müddətdə ölkənin bank sektorunda etibarlı maliyyə institutlarından birinə çevrilib. Xalq Bank kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank məhsulları ilə xidmət göstərir. Bank fəaliyyətində müştəri məmnuniyyəti, innovativ bankçılıq həlləri və etibarlılıq prinsiplərini əsas tutur. Xalq Bank rəqəmsal xidmətlərin inkişafına xüsusi önəm verir və internet/mobil bankçılıq platformaları vasitəsilə istifadəçilərə sürətli və rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank eyni zamanda ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsində və sahibkarlığın dəstəklənməsində aktiv iştirak edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17455

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya