Risk hadisələrinin idarə edilməsi şöbəsinin Meneceri
Bakı,, PBT2, (Port, Baku, Tower, 2),
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Əməkdaş risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə metod və modellərin tətbiqində iştirak edir, əməliyyat itkilərinin və insidentlərin səbəblərini analiz edərək onların aradan qaldırılması üçün müvafiq struktur bölmələrlə işləyir. Eyni zamanda, risk nəticələrinin təhlili, nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün müntəzəm hesabatların hazırlanması bu rolun əsas öhdəliklərindəndir.
' ' +
Təhsil: Ali (iqtisadi və ya maliyyə təhsili üstünlükdür);
Təcrübə: bank sektorunda ən azı 5 il,sahə üzrə 3 il;
Dil bilikləri: Azərbaycan, İngilis, Rus;
Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
Yüksək kommunikasiya bacarıqları
Vahid komandada işləmək qabiliyyəti;
Məsuliyyətli, diqqətli olmaq.
' ' +
İnkişaf imkanları;
Rəqabətli əmək haqqı və bonuslar;
Yüksək təminatlı sığorta;
Dəstəkləyici mühit;
Visa Premium əmək haqqı kartı;
Korporativ endirimlər;
Korporativ tədbirlər;
Əlavə məzuniyyət;
Güzəştli təhsil və işçi krediti.
' ' +
Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, yenidən qiymətləndirilməsi, təsdiqlənməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi işində iştirak edir;
Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir;
İnsidentlər və itkilər üzrə nəticələrin analizini həyata, həmçinin rəhbərliyə periodik və sorğu əsasında hesabatları təqdim edir;
Risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi çərçivəsində işlər görür;
Nəzarət tədbirlərinin çərçivəyə uyğun effektivliyini qiymətləndirir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə Müraciət Etmək Olar
Kapital Bank
Finance
Kapital Bank Azərbaycanın ən böyük və ən qədim kommersiya banklarından biridir. Bankın tarixi 1874-cü ildə yaradılmış ilk əmanət kassalarına dayanır və hazırda ölkənin ən geniş filial şəbəkəsinə malik maliyyə institutlarından biri kimi fəaliyyət göstərir. Kapital Bank həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, kart, köçürmə və biznes maliyyələşməsi kimi geniş bank xidmətləri təqdim edir. Bank xüsusilə rəqəmsal bankçılıq sahəsində innovativ həlləri ilə seçilir. “Birbank” mobil tətbiqi vasitəsilə istifadəçilərə onlayn ödənişlər, kredit sifarişi, kart əməliyyatları və digər maliyyə xidmətlərini rahat şəkildə həyata keçirmək imkanı yaradır. Kapital Bank müştəriyönümlü yanaşması, texnoloji inkişaf strategiyası və geniş xidmət infrastrukturu ilə Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17051
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
1000+