Retail şəbəkələr üzrə satış meneceri
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Retail şəbəkələrlə (mağazalar, texnika marketləri və s.) əməkdaşlığın qurulması və inkişaf etdirilməsi
Mövcud partnyorlarla münasibətlərin idarə olunması və satış həcminin artırılması
Yeni retail partnyorların cəlb edilməsi
Satış planlarının hazırlanması və icrasına nəzarət
Məhsulların retail nöqtələrində düzgün təqdimatının (merchandising) təmin olunması
Bazar araşdırmalarının aparılması və rəqiblərin analiz edilməsi
Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tələblər
Satış sahəsində (xüsusilə retail və ya IT məhsulları üzrə) minimum 1-3 il iş təcrübəsi
Danışıqlar aparmaq və təqdimat bacarığı
Analitik düşüncə və nəticəyönümlülük
MS Office proqramlarında işləmə bacarığı
Azərbaycan dili səlis, rus və ya ingilis dili arzuolunandır
Aktiv, məsuliyyətli və komandada işləmə bacarığı
Şərtlər
Rəqabətli əməkhaqqı + bonus sistemi
Peşəkar inkişaf imkanları
Dinamik və inkişaf yönümlü iş mühiti
İş qrafiki: 5 günlük iş həftəsi
CV-nizi mövzu hissəsində “Retail Satış Meneceri” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AEM Elektron
Retail
AEM Elektron Azərbaycanda fəaliyyət göstərən və əsasən elektronika və məişət texnikası satışı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət müştərilərə smartfonlar, kompüter və aksesuarlar, televizorlar, məişət texnikası və digər texnoloji məhsullar üzrə geniş seçim təqdim edir. AEM Elektron həm fiziki satış nöqtələri, həm də onlayn platforma vasitəsilə xidmət göstərərək rahat alış imkanları yaradır. Şirkət fəaliyyətində orijinal məhsul, zəmanət xidməti, sərfəli qiymət siyasəti və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. AEM Elektron satış sonrası dəstək, kredit və hissə-hissə ödəniş imkanları ilə bazarda rəqabətqabiliyyətli mövqeyini gücləndirməyə və texnologiyanı daha əlçatan etməyə fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15655
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer
Şirkət Ölçüsü
11-50