Restoran meneceri (Əhmədli Filialı üzrə)
Tam Ştat
Menecer
1.800 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;
Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi;
Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması;
Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi;
Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi;
Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi;
Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Kassa əməliyyatlarına nəzarət edilməsi;
Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi;
Təchizat və inventarın idarə edilməsi;
İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi;
İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi;
Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi;
İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi;
Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi;
Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması;
Anbar sayımlarında iştirak edilməsi.
Kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil;
İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Restoran əməliyyatlarının idarə olunması bacarığı;
Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər;
Müvafiq proqram təminatları ilə işləmək bacarığı;
Gigiyena və sanitariya standartları (HACCP əsasları);
Liderlik və komanda idarəetmə bacarığı;
Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti;
Problem həll etmə və operativ qərarvermə bacarığı;
Detallara diqqə etmə bacarığı;
Ofis proqramları ilə işləmə bacarığı;
Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.
Təklif edirik:
Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + Satışdan faiz);
Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı;
İş qrafiki: 6 günlük iş qrafiki;
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verən namizədlər “Restoran Meneceri” başlığı ilə öz CV-lərini****Müraciət etdüyməsində qeyd olunanelektron poçt ünvanına və ya 070 751 51 80 nömrəsinə WhatsApp vasitəsi ilə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Laliga Dining & Lounge
Vakansiya Təfərrüatları
Vakansiya ID
#18072
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer