Resepşn
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
“Pizza Mizza” MMC-yə “Resepşn” tələb olunur.
Vəzifə öhdəlikləri:
Ofisin gündəlik fəaliyyətini təmin etmək;
Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata keçirmək;
Qonaqların qarşılanması və qəbul qaydalarının təşkili;
Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı və uçotunun aparılması;
Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrasını təmin etmək;
Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
İnzibati hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
Ali təhsil;
Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Təşkilatçılıq bacarığına malik olmalı;
Ünsiyyətcil, operativ və məsuliyyətli olmalıdır;
Peşəkar görünüş**,** səlis danışıq və ünsiyyət bacarığı olmalı;
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00);
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
Əmək haqqı: 600 AZN;
Nahar şirkət tərəfindən təmin olur;
İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı)
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Resepşn” başlığı altında qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Pizza Mizza
Other
Pizza Mizza restoranlar şəbəkəsinin əsası 2000-ci ildə Elmar Həsənzadənin Almaniyada qazandığı peşəkar kulinariya təcrübəsinə dayanır. Almaniyada “La Roma” restoranında aşpaz köməkçisindən baş aşpaz və sahibkarlığa qədər yüksələn Elmar Həsənzadə, burada əldə etdiyi bilik və ilhamla eyni konsepti Azərbaycanda yerli brend adı altında davam etdirmək qərarına gəlir. “Pizza Mizza” nazik xəmirdə, Alman keyfiyyəti və italyan kulinariya yanaşmasını birləşdirən, yüksək keyfiyyətli Avropa məhsulları ilə hazırlanan, unikal reseptlərə əsaslanan bir brend kimi formalaşır. İlk “Pizza Mizza” filialı 6 may 2014-cü ildə Yasamal rayonunda açılmış, daha sonra Nərimanov (2015) və Sahil (2016) filialları fəaliyyətə başlamışdır. Sahil filialı uğursuz lokasiya səbəbilə bağlansa da, 2016-cı ilin dekabrında Həzi Aslanov ərazisində yeni filial istifadəyə verilmişdir. 2018-ci ildə isə şirkət inkişafın yeni mərhələsinə keçərək rebrendinq və konseptin tam yenilənməsi barədə strateji qərar qəbul etmişdir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15905
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
51-200