Regional Menecer
Tam Ştat
Menecer
3.000 AZN-dən
Yerləşdirilib 26 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
“Elit Lombard” fəaliyyət dairəsini genişləndirməsi ilə əlaqədar olaraq Aran regionu üzrə Regional Menecer vəzifəsinə peşəkar və təcrübəli namizədlərin müraciətini elan edir.
Əgər kredit və ya lombard sahəsində idarəetmə təcrübəniz varsa və regional idarəçilik sahəsində karyeranızı inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Təklif edirik:
Əmək haqqı: 3000 – 4000 AZN
Əmək haqqının 2 mislinədək bonus qazanmaq imkanı
Stabil və inkişaf edən şirkətdə rəhbər vəzifə
Karyera yüksəlişi və peşəkar inkişaf imkanı
Peşəkar və güclü komanda ilə çalışma fürsəti
Tələblər
Lombard sahəsində və ya kredit sahəsində iş təcrübəsi mütləqdir
Rəhbər vəzifə üzrə minimum 3 il iş təcrübəsi
Regional və ya filial idarəçiliyi sahəsində təcrübə üstünlükdür
Ali təhsil
Liderlik və idarəetmə bacarığı
Microsoft Office proqramlarında işləmək bacarığı
Analitik düşünmə və yüksək məsuliyyətlilik
Əsas vəzifələr:
Region üzrə filialların fəaliyyətinə nəzarət
Kredit portfelinin keyfiyyətinin idarə olunması
Filial rəhbərlərinin fəaliyyətinin koordinasiya edilməsi
Satış və maliyyə göstəricilərinin icrasının təmin olunması
Problemli kreditlərə nəzarət və risklərin idarə olunması
Region üzrə inkişaf strategiyalarının həyata keçirilməsi
Uyğun namizədlər CV-lərini “Regional Menecer – Aran regionu” başlığı ilə qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqə (+994 55) 355-90-20
Necə Müraciət Etmək Olar
Elit Lombard
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17843
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer