Ana Səhifə
Vakansiyalar

Quraşdırıcı texnik mebel üzrə (Naxçıvan)

Quraşdırıcı texnik mebel üzrə (Naxçıvan)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 yanvar 2026

Son Tarix: 23 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Müxtəlif xammal məhsullarından kəsilmiş hissələrin bir birinə keçirilməsi, bərkidilməsi, ayrı-ayrılıqda yığılması, birləşdirilməsi;

  • Hazır mebellərin qulp, dəstək və tutacaqlarının müvafiq hissələrinə taxılması və bərkidilməsi;

  • Yığılmış ayrı-ayrı mebel hissələrinin sifariş yerində ölçülərə, eskizlərə uyğun olaraq quraşdırılması;

  • Zədələnmiş mebel hissələrinin təmir və bərpa edilməsi.

İş şəraiti:

  • İş günləri: I-VI günlər;

  • Ünvan : Naxçıvan.

QEYD:

  • Müsahibə zamanı təyin olunacaq. Namizədin təcrübəli olması vacibdir.

Tələblər



  • Müvafiq sahədə 1 il iş təcrübəsi;

  • Komandada işləmə bacarığı;

  • Lazımi əl alətlərindən istifadə etmə bacarığı;

  • Operativ, məsuliyyətli və dəqiq işləmə bacarığı.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Veb Səhifəyə Keç
Kontakt Home

Kontakt Home

Retail

Kontakt Home texnologiya və pərakəndə ticarət sahəsində aparıcı mövqeyə malik ABC-Telecom şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edir, büdcə və ehtiyaclara uyğun düzgün məhsul seçimi ilə keyfiyyətli xidmət təqdim edir. Rəqəmsal və məişət texnikası, mebel və tekstil üzrə 30 000-dən çox məhsulu, 40-dan artıq beynəlxalq brendin rəsmi və eksklüziv distribütorluğunu özündə birləşdirərək “sevindirən” alış təcrübəsi yaradır. Kontakt Home 2006-cı ildə kiçik bir mağaza kimi fəaliyyətə başlayır və illər ərzində sürətli inkişaf edərək ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən birinə çevrilir. Hazırda Azərbaycan üzrə 38, Gürcüstanda isə 3 mağaza və onlayn platformalar vasitəsilə fəaliyyət göstərir. Sərfəli kampaniyalar, hissəli alış imkanları, 3 ilədək rəsmi zəmanət, əvəzləyici məhsul və sosial məsuliyyət layihələri ilə müştərilərinə davamlı dəyər yaratmağı hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4816

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya