Quraşdırıcı

Tam Ştat

Orta Səviyyə

550 AZN-dən

Yerləşdirilib 5 may 2026

Son Tarix: 5 iyun 2026

Təsvir

Karyeranı sıfırdan qurmaq imkanı!

Texniki sahəyə marağı olan gənclər üçün fürsət!

Avtomobil, elektrika və elektronika sahəsində anlayışı olan, elektron təhlükəsizlik sistemlərinin quraşdırılması və ya internet xəttlərinin çəkilişində iştirak edən, gənc və öyrənməyə həvəsli namizədlər işə dəvət olunur.

Vəzifə öhdəlikləri:

  • Nəqliyyat vasitələrində GPS avadanlıqlarının quraşdırılması və servis işlərinin görülməsi

  • İşlərin görülməsi zamanı Sifarişçinin nümayəndələri ilə əlaqə.

  • Müvafiq formaların doldurulması və imzalanması ilə işlərin Sifarişçinin nümayəndələrinə təhvil-təslimi.

  • Təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.

  • İstifadə edilən alətlərin saz vəziyyətdə saxlanması.

  • İşlərin yalnız işçi geyim formasında yerinə yetirilməsi, işçi geyimin təmiz və səliqəli vəziyyətdə saxlanması.

  • İnsanlarla xoşməramlı ünsiyyət qurmağı, gərgin əmək şəraitində işləməyi bacarmaq;

  • Öhdəliklərini düzgün və şirkətin maraq və mənafeləri naminə təhlükəsiz yerinə yetirmək;

Tələblər

  • Avtomobil, elektrik və elektronika sahəsinə maraq;

  • Əl bacarığı və öyrənməyə açıq olmaq

  • Komandada işləmə bacarığı.

  • Yaş 20-35

İş şərtləri:

  • Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)

  • İstirahət günləri – şənbə, bazar və bayram günləri

  • Ezamiyyətlər nəzərdə tutulmuşdur

  • Əmək haqqı: Başlanğıc 550-600 AZN

Maraqlanan şəxslərdən CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mail göndərilərkən mövzu hissəsinə "Quraşdırıcı" başlığı yazılmalıdır.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#15648

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya