Qubadlı rayonunda yerləşəcək Aqro Kompleks üçün layihə meneceri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 mart 2026
Son Tarix: 19 aprel 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Yeni əkiləcək sahələr üzrə layihənin sıfırdan planlaşdırılması və idarə olunması
Layihə üzrə vaxt qrafikinin (timeline) hazırlanması və icrasına nəzarət
Layihənin büdcəsinin hazırlanması və xərclərə nəzarətin təmin edilməsi
Dövlət və digər aidiyyəti qurumlarla əlaqələrin qurulması və idarə olunması
Müvafiq sənədləşmə işlərinin təşkili və hazırlanması
Podratçılar və təchizatçılarla işin təşkili, müqavilələrin hazırlanması və idarə olunması
Logistika və təchizat zəncirinin təşkili (toxum, gübrə, yanacaq və s.)
Texnika və avadanlıqların seçimi, təminatı və effektiv istifadəsinə nəzarət
Əkin planının hazırlanması prosesində aqronomlarla koordinasiyanın təmin edilməsi
Ərazi üzrə pivot suvarma sisteminin qurulmasına və istismarına nəzarət
İşçi heyətinin formalaşdırılması (baş ofisin dəstəyi ilə) və sahə üzrə işin təşkili
Sahədə işçilər üçün inzibati binanın inşasına nəzarət və digər təşkilati işlərin həyata keçirilməsi
Risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi (hava şəraiti, su təminatı, logistika və s.)
Sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
Məhsuldarlığın artırılması məqsədilə proseslərin optimallaşdırılması
Görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə dair tələblər:
Ali təhsil (aqronomluq üzrə üstünlükdür);
Oxşar kənd təsərrüfatı layihələrində rəhbər vəzifədə iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl bilmək;
MS Office proqramlarında işləmək bacarığı;
İdarəetmə bacarığı, güclü liderlik və təşkilatçılıq bacarığı, stressə davamlılıq;
Rayonda çalışmaq imkanı.
Şərtlər:
İş yeri: Qubadlı rayonu;
İşçi mənzil ilə təmin edilir;
Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Atena
Vakansiya Təfərrüatları
Vakansiya ID
#11843
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə