Ana Səhifə
Vakansiyalar

Qrafik dizayner üzrə təcrübə proqramı

Qrafik dizayner üzrə təcrübə proqramı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 25 yanvar 2026

Təsvir

Nəqliyyat və Kommunikasiya Holdinq (AZCON Holding) şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (NAIC) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəzimiz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir.

Tələblər

Texniki bacarıqlar:

  • Adobe Photoshop və Illustrator proqramları üzrə əsas biliklər;

  • Figma üzrə ilkin səviyyədə biliklər (üstünlükdür);

  • Sosial media üçün vizual kontent hazırlamaq bacarığı;

  • Kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə biliklər;

  • Sadə motion qrafika və animasiya bilikləri (After Effects) – üstünlükdür;

  • Dizayn trendlərini izləmək və müasir dizayn yanaşmalarını tətbiq etmək bacarığı;

Şəxsi və peşəkar bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;

  • Vaxtın effektiv idarə edilməsi və deadline’lara əməl etmək;

  • Öyrənməyə açıq, aktiv və təşəbbüskar olmaq;

Namizədə təqdim etdiyimiz imkanlar:

  • Real layihələrdə iştirak etməklə praktiki iş təcrübəsi;

  • Sosial media dizaynları, brendinq, illüstrasiya və motion qrafika sahələrində inkişaf imkanı;

  • Figma və Adobe Creative Cloud proqramları ilə peşəkar səviyyədə işləmək imkanı;

  • Marketinq və kreativ komanda ilə birgə iş təcrübəsi;

  • Mentor dəstəyi və peşəkar istiqamətləndirmə;

  • Portfolyonu real layihələr əsasında zənginləşdirmək imkanı;

Qeyd:

  • Namizədin portfolyosunun olması mütləqdir;

  • Təcrübə müddətində uğurlu nəticə göstərən namizəd üçün gələcəkdə tam ştat qrafik dizayner kimi işə qəbul olunma imkanı mövcuddur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

National Artificial Intelligence Center

National Artificial Intelligence Center

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3353

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya