Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Fəhlə

Qrafik Dizayner (Qablaşdırma Dizaynı)

Qrafik Dizayner (Qablaşdırma Dizaynı)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 17 mart 2026

Son Tarix: 13 aprel 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Məhsullar üçün qutu, paket və etiket dizaynlarının hazırlanması və konseptlərinin yaradılması

  • Brend strategiyasına uyğun kreativ və funksional qablaşdırma dizaynlarının hazırlanması

  • Çap üçün faylların texniki tələblərə uyğun hazırlanmasına və keyfiyyətinə nəzarət

  • Mövcud qablaşdırma və etiket dizaynlarının yenilənməsi, optimallaşdırılması və brend standartlarına uyğunlaşdırılması

  • Yeni məhsullar üçün kreativ konseptlərin və vizual həllərin hazırlanması

  • Çap prosesi və istehsal mərhələsində dizaynın düzgün tətbiqinə nəzarət

Tələblər

  • Ali təhsil (Dizayn, Qrafika və ya müvafiq sahə);

  • Minimum 3-5 il iş təcrübəsi (qablaşdırma və ya qrafik dizayn sahəsində);

  • Yaş: 23-40;

  • Corel Draw, Adobe Photoshop və InDesign proqramlarını yüksək səviyyədə bilmək;

  • Brendinq və vizual identika prinsiplərini bilmək

  • Çap texnologiyaları və materiallarla işləmək bacarığı

  • Dizayn layihələrini planlaşdırmaq və idarə etmək bacarığı

Üstünlüklər:

  • Real layihələr üzərində işləmək imkanı

  • Yaradıcılıq üçün sərbəst mühit

  • Peşəkar inkişaf və karyera imkanları

İş Şəraiti:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00

  • İş yeri: Ulduz m/st

  • Əmək haqqı: Bilik və təcrübəyə əsasən təyin olunur

Müraciət qaydası:
CV və portfolio göndərməyiniz xahiş olunur. Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

İnci Group of Companies QSC

İnci Group of Companies QSC

Other

İnci Group of Companies QSC Azərbaycanda fəaliyyət göstərən və əsasən pərakəndə satış, distribüsiya və xidmət sahələrini əhatə edən iri şirkətlər qrupudur. Qrup bazarda uzunmüddətli təcrübəyə malik olmaqla müxtəlif istehlak məhsullarının satışını, ticarət şəbəkələrinin idarə olunmasını və müştəriyönümlü xidmətlərin göstərilməsini həyata keçirir. İnci Group dayanıqlı biznes modeli və operativ idarəetmə yanaşması ilə ölkə iqtisadiyyatında öz mövqeyini möhkəmləndirib. Şirkətlər qrupunun fəaliyyətində keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti əsas prioritetlər hesab olunur. İnci Group of Companies QSC eyni zamanda kadr potensialının inkişafına, daxili proseslərin təkmilləşdirilməsinə və müasir biznes standartlarının tətbiqinə xüsusi diqqət yetirir. Qrup yerli bazarla yanaşı, tərəfdaşlıqlar vasitəsilə regional əməkdaşlıqları da genişləndirməyi hədəfləyir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#11227

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

51-200

Bu Şirkətdən Daha Çox Vakansiya