Qeydiyyatçı/Ofis menecer (Bakı və Sumqayıt)
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 20 yanvar 2026
Son Tarix: 20 fevral 2026
Təsvir
Swissdent klinikası olaraq karyera pilləsində irəliləmək istəyən, sosial məsuliyyətli, insanpərvər, o cümlədən yüksək motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
Pasiyentlərlə ünsiyyətin qurulması
Müalicə planının qeydiyyatının proqramda aparılması
Müalicə planının tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
Müayinə və müalicə zamanı pasiyenti müşayiət
Müayinə zamanı pasiyentlərə xidmətlərin və müalicə variantlarının təqdimatı və satışının təmini
Pasiyent məmnuniyyətinin və loyallığının təmini və artırılması
Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
İş qrafiki - 6 günlük iş rejimi
Tələblər
Ali təhsil
Stomatoloji klinikada iş təcrübəsi olanlara üstünlük veriləcək
MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq, Rus və İngilis dilləri arzu olunandır
Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
Təşkilatçılıq və problem həll etmə bacarığı
Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
Satış və marketinq sahəsində iş təcrübəsinin olması üstünlükdür
Maraqlananlar şəxslər mövzu hissəsinə “Qeydiyyatçı” yazmaqla qeyd olunan elektron poçt ünvanına müraciət edə bilər.
Necə Müraciət Etmək Olar
SwissDent
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5887
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer