Qeydiyyatçı (Bakıxanov filialı)
Bakı,, Aygün, Mall-ın, 4-cü, mərtəbəsi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 dekabr 2025
Son Tarix: 3 fevral 2026
Təsvir
EDUGrata Təhsil Mərkəzinin Bakıxanov filialı üzrə "Qeydiyyatçı" vəzifəsinə vakansiya mövcuddur.
Vakansiya tələbləri:
Azərbaycan dilində düzgün danışıq və yazı qaydaları;
Öyrənmək və araşdırmaq qabiliyyəti;
Ünsiyyət qura bilmə bacarığı;
MS Office (Word, Excel əsasən) bilməyi üstünlükdür, əks halda öyrədiləcəkdir;
Ali təhsil və ya təcrübə şərt deyil, önəmli olan ilk üç şərtin olmasıdır;
Vakansiya xanımlar üçün nəzərdə tutulub (20-25 yaş daha məqsədə uyğundur);
Yaşayış ünvanı filiala yaxın olmağı üstünlükdür.
Ünvan:
Bakıxanov filialı - Neftçilər metrosu yaxınlığı, Aygün Mall-ın 4-cü mərtəbəsi
Vakansiyanın şərtləri:
Əmək haqqı fiks maaş və bonuslarla tənzimlənir.
(Fiks məbləğ namizədin bilik və bacarıqlarına görə dəyişə bilər)
iş saatı 9:00-dan dərs saatları bitənə kimi nəzərə tutulub. Ən gec bitən dərsimiz həftənin müəyyən günləri 18:30-da olur.
Bizimlə çalışmağın üstünlükləri:
Fərdi və komanda şəklində inkişaf (əməkdaşlar üçün aylıq təlimlər təşkil edilir)
Əmək müqaviləsi, daim vaxtında ödənilən və artan maaş sistemi
Qeyd:
🔹 Xahiş olunur ki, təhsil sahəsini sevən, təhsilə dəyər qatacağına inanan insanlar müraciət etsinlər.
🔹 Biznesin idarə edilməsi, Menecment, Marketinq və s. kimi ixtisas məzunları və ya Subbakalavrlar (kollec məzunları) vakansiya üçün daha uyğun hesab edilir. Məqsədimiz uzunmüddətli əməkdaşlıqdır.
🔹 Gələcəkdə müəllim kimi çalışmaq istəyən pedaqoji ixtisas məzunları müəllim kimi müraciət etsələr daha faydalıdır.
📌 Vakansiya üçün müraciət etmək istəyən şəxslər hr@edugrata.az adresinə
"Bakıxanov filialı Qeydiyyatçı" başlığı ilə şəkilli CV fayllarını göndərə bilər. CV-ləri göndərən zaman doğum tarixinizi və yaşayış ünvanınızı qeyd etməyi unutmayın.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
EDUGrata Təhsil Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3706
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə