Qəbul katibi/Ofis inzibatçısı
Bakı
Tam Ştat
Orta Səviyyə
500 - 600 AZN
Yerləşdirilib 24 fevral 2026
Son Tarix: 4 aprel 2026
Təsvir
İş saatları - 09:00 dan-18:00 dək
İş günləri 1-6 günlər
İş yeri - Nərimanov rayonu, A.Aqarunov küç, Regent plaza.
İş haqqında
Yalnız xanım namizədlər
Azərbaycan dilində və rus dilində səlis danışıq və yazma qabiliyyəti.
Baza kompüter biliklərinə sahib olmaq.
Tələblər
Əsas vəzifələr:
Ziyarətçilərin, müştərilərin və tərəfdaşların ofisdə qarşılanması və yönləndirilməsi
Şirkət əməkdaşlarına gələn qonaqlar barədə məlumat verilməsi
Daxil olan telefon zənglərinin cavablandırılması və müvafiq əməkdaşlara yönləndirilməsi
Elektron və fiziki korrespondensiyanın qəbulu, qeydiyyatı və paylanması
Görüşlərin və danışıqlar otaqlarının bron edilməsi və hazırlanması
Danışıqlar otaqlarının səliqəsi, təmizliyi və texniki avadanlıqlarının işlək vəziyyətinin yoxlanması
Ofisə daxil olan poçt, sənəd və kuryer çatdırmalarının qəbul edilməsi
Müştərilərə və ziyarətçilərə şirkətin fəaliyyəti və xidmətləri barədə ilkin məlumatın verilməsi
Ofis daxili sənəd dövriyyəsinin və inzibati tapşırıqların icrasında iştirak
Kargüzarlıq və ofis ləvazimatlarının sifarişi və uçotunun aparılması
Əməkdaşların ezamiyyət və səfər təşkilinə inzibati dəstək
Kuryer, sürücü və xidmət göstərən digər şəxslərlə koordinasiya
Şirkət rəhbərinin, rəhbərliyin və onların qonaqlarının qarşılanması zamanı zəruri təşkilati dəstəyin göstərilməsi
Görüşlər zamanı çay, qəhvə və digər içkilərin təqdim olunmasının təşkili
Rəhbərliyin qəbul saatları və görüşləri zamanı inzibati və təşkilati yardımın göstərilməsi
Məsuliyyətlər:
Şirkətin müsbət korporativ imicinin qorunmasına və təmsil olunmasına cavabdehlik
Ziyarətçilərlə nəzakətli, etik və peşəkar ünsiyyətin təmin edilməsi
Telefon və məlumat axınının düzgün və operativ idarə olunması
Ofis daxilində məlumatların düzgün ötürülməsi
Şirkətə məxsus məlumatların məxfiliyinin qorunması
İnzibati tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
Şirkətin daxili qaydalarına və əmək intizamına riayət edilməsi
Təhlükəsizlik protokollarına riayət edilməsi
Şübhəli halların rəhbərliyə dərhal bildirilməsi.
Necə Müraciət Etmək Olar
OUR Technology
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9694
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə