Qazanxana Operatoru (Balakən)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 20 yanvar 2026
Təsvir
- Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
- İstilik və ya buxar istilik sistemləri daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun tempraturuna nəzarət edilməsi;
- Nasos, mühərrik, pompa və digər mexanizmlərin iş fəaliyyətinə hakim olunması, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi;
- Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
- Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması və təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
- Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
- Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;
- Sexlərin, sahələrin, qurğuların sanitar-texniki vəziyyətini pasportlaşdırması və onlara nəzarətin həyata keçirməsi;
- Müəssisə daxili qaydalara riayət olunmasına nəzarət etməsi;
- Yanğın zamanı yaxınlıqdakı yanğından mühafizə hissəsinə zəng vurması;
- Çağrılan xüsusi xidmətlərin hadisə yerinə gəlib çatma vaxtının qısaldılması üçün zəruri tədbirlər görməsi;
- Təhlükə olduğu halda İnsanları zərərli qazlar və buxarlarla əhatə olunmuş ərazilərdən uzaqlaşdırması və yönümdə tədbirlərin görülməsı;
- Operator xüsusi geyim, ayaqqabı və mühafizə vasitələrindən istifadə etməli;
- Operator vaxtlı vaxtında tibbi müayinədən keçməli;
Tələblər
Cinsi: Kişi
Yaş həddi: 20-35
Təhsil: Orta, Orta ixtisas, peşə təhsili
İş təcrübəsi: 1-3 il
Gecə növbəsində işləmək
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Agrotrade Supply MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2507
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə