Qazan, qaldırıcı və energetika qurğuları üzrə baş nəzarətçi mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 29 aprel 2026
Son Tarix: 28 may 2026
Təsvir
İşin qısa təsviri:
Baş nəzarətçi mühəndis müəssisədə yük qaldırma texnikalarının, bütün növ kranların, liftlərin, təzyiq altında işləyən tutumların və qazanların qüvvədə olan normativ qaydalara uyğun təhlükəsiz istismarına nəzarəti həyata keçirir.
Vəzifə funksiyaları və öhdəlikləri:
Yük qaldırıcı kranların, liftlərin, təzyiq altında işləyən tutumların və qazanların təhlükəsiz istismarına nəzarət etmək;
Avadanlıqların qaydalara uyğun istismara buraxılmasını təmin etmək;
Texniki sazlıq və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;
Texniki təhlükəsizlik qaydalarının pozulması hallarında xəbərdaredici göstərişlər vermək;
Qəza riski yaradan avadanlıqların istismarını dayandırmaq;
Təhlükəsizlik qaydalarına əməl etməyən işçilərlə bağlı rəhbərliyə təqdimatlar vermək;
Dövlət orqanlarının və daxili nəzarət göstərişlərinin icrasına nəzarət etmək;
Avadanlıqların vaxtında texniki şəhadətləndirilməsini təmin etmək;
İşçilərin bilik yoxlaması prosesində iştirak etmək;
Aşkarlanmış uyğunsuzluqlar üzrə analiz və hesabatlar hazırlamaq;
Müəssisədə tətbiq olunan ekoloji və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək.
Tələblər
Ali təhsil (texniki sahə üzrə)
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi
Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə normativ sənədlər üzrə biliklər
Azərbaycan dili – səlis (Rus və İngilis dili arzuolunandır)
Analitik düşünmə və problem həll etmə bacarığı
İdarəetmə və təşkilatçılıq bacarıqları
Ünsiyyət və qərarvermə qabiliyyəti
Dəqiqlik, məsuliyyətlilik və dürüstlük
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Company
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15357
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə