QA/QC Mühəndisi
Tam Ştat
Orta Səviyyə
1.500 AZN-dən
Yerləşdirilib 19 dekabr 2025
Son Tarix: 19 yanvar 2026
Təsvir
Ümumi Məlumat:
Global Interiors Group şirkəti 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkətimiz Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Tikinti, təmir, planlaşdırma, interyerlərin yaradılması, mebel, dekor, material seçilməsi, landşaftın yaşıllaşdırılması və s. işlər böyük vaxt və enerji tələb edir.
Şirkətimiz tikinti / sənaye layihələrində çalışmaq üçün QA/QC Mühəndisi vəzifəsinə təcrübəli namizədlər axtarır.
İş şəraiti**:**
İş qrafiki: Həftənin Tam 5 iş günü, 09:00-18:00
İş yeri: Bakı şəhəri tikinti sahəsi
Əmək haqqı: 1500-1700 AZN (xalis/NET)
Müqavilə şərtləri:
Qanunverciliyə uyğun olaraq rəsmi müqavilə
Peşəkar inkişaf və karyera yüksəliş imkanları
Əsas vəzifə öhdəliklərinizə daxildir:
Layihə üzrə keyfiyyətə nəzarət və keyfiyyətin təmin edilməsi proseslərinin həyata keçirilməsi
Tikinti və istehsal işlərinin normativ sənədlərə, standartlara və layihə tələblərinə uyğunluğunun yoxlanılması
Keyfiyyət planlarının, prosedurların və hesabatların hazırlanması və icrası
Materialların, işlərin və texniki sənədlərin yoxlanılması
Uyğunsuzluqların aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi
Texniki nəzarət orqanları və sifarişçi ilə əməkdaşlıq
Gündəlik, həftəlik və aylıq QA/QC hesabatlarının hazırlanması
Tələblər
Müvafiq sahə üzrə ali təhsil (tikinti mühəndisliyi, mexanika və ya oxşar sahə)
QA/QC sahəsində minimum 2-3 il iş təcrübəsi
Beynəlxalq və yerli standartları bilmək (ISO, ASTM, BS və s.)
Texniki sənədlərlə işləmə bacarığı
MS Office proqramlarını yaxşı səviyyədə bilmək
Azərbaycan dili – səlis, rus və ya ingilis dili arzuolunandır
Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyəti
Tələblərə cavab verən bütün namizədlərdən xahiş olunur ki, “QA/QC Mühəndisi mövzusunu e-mailin subject (mövzu) hissəsində qeyd edərək, CV və ya Müraciət Formasını göstərilən elektron poçt ünvanına göndərsinlər.
Qeyd edək ki, yalnız tələblərə tam cavab verən və ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Global Interiors Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3280
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə