Qablaşdırma və Aksesuarlar üzrə Mütəxəssis (Keyfiyyətə Nəzarət – Tikiş sexi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 11 mart 2026
Təsvir
Tikiş istehsalı ilə məşğul olan müəssisəmizə qablaşdırma və aksesuarlar üzrə məsul şəxs axtarırıq. Namizədin əsas vəzifəsi işçi və gündəlik geyimlərin keyfiyyətinə nəzarət etmək, düzgün qablaşdırılmasını və aksesuarların (etiket, düymə, fermuar və s.) düzgün tətbiqini təmin etməkdir.
Vəzifə öhdəlikləri:
Hazır məhsulların keyfiyyətinə nəzarət (iş geyimi və gündəlik geyimlər)
Qablaşdırma prosesinə nəzarət və düzgün icrasını təmin etmək
Etiket, ölçü nişanı, düymə, fermuar və digər aksesuarların düzgünlüyünü yoxlamaq
Qüsurlu məhsulları aşkar edib istehsalata geri yönləndirmək
Gündəlik qablaşdırma və çıxış siyahılarına nəzarət və lazımi hesabatların verilməsi
Sifarişə uyğunluğun yoxlanması (ölçü, model, say)
Tələblər
Tikiş və ya yüngül sənaye sahəsində təcrübə
Detallara diqqət və məsuliyyət
Səliqəli və nizam-intizamlı işləmə bacarığı
Komandada işləmə qabiliyyəti
Qablaşdırma şöbəsinin işinin düzgün təşkilini həyata keçirmək
Sürətli və dəqiq işləmə
Şərtlər:
Tam ştat
Bakı şəhərindən Fabrikə şikrətin nəqliyyat xidməti mövcuddur.
Rəsmi əmək müqaviləsi
Stabil iş mühiti
Əmək haqqı: müsahibə əsasında
CV-nizi mövzu hissəsində “Qablaşdırma Nəzarətçisi” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərin.
İş yeri: Lökbatan Qəsəbəsi
Necə Müraciət Etmək Olar
Caspian Textile MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8374
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə