PVL Satış meneceri

Tam Ştat

Menecer

600 AZN-dən

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 16 may 2026

Təsvir

AMS GROUP MMC şirkəti olaraq, sürtkü yağları, filterlərin, akkumlyator və təkərlərin pərakəndə satışını həyata keçirəcək " PVL Satış Meneceri" vakansiyası üçün elanımızı təqdim edirik.

Əsas vəzifələr:

  • Məhsulların pərakəndə satışını təşkil etmək və satış hədəflərinə çatmaq

  • Müştəri bazasını genişləndirmək və yeni müştərilərlə əlaqələr qurmaq

  • Müştərilərə məhsullar haqqında məsləhət vermək və onların ehtiyaclarına uyğun həllər təklif etmək

  • Satış prosesini izləmək və müvafiq hesabatlar hazırlamaq

  • Bazarın təhlilini aparmaq və rəqabət mühitini izləmək

Tələblər

  • Ali təhsil

  • Pərakəndə satış sahəsində minimum 3 il iş təcrübəsi

  • Sürtkü yağları, filterlər, akkumlyator və təkər haqqında biliklər arzuolunandır

  • Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili arzuolunandır

  • MS Office proqramlarında işləmək bacarığı

  • Yüksək ünsiyyət və təqdimat bacarıqları

  • Komandada işləmək və müştərilərlə effektiv əlaqə qurmaq qabiliyyəti

  • Sürücülük vəsiqəsi tələb olunur, şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

  • Həftə içi 5 gün 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək iş qrafiki

  • Rəqabətə davamlı əmək haqqı və bonus sistemi

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

  • Əməkhaqqı: 600 AZN + Bonus

  • İş yeri: Bakı, Badamdar şosesi 153 A.

Maraqlanan namizədlərdən CV-lərini "Pvl Satış Meneceri" mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14195

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya

Sürücü

Tam Ştat

Yaş: 25-40 BC kateqoriyalı Səlis azərbaycan dil bilikləri yol hərəkəti və avtomobillərin texniki istismarı qaydalarını bilmək; avtomobilin istismarı prosesində baş vermiş nasazlıqların aşkarlanması və aradan qaldırılması üsullarını bilmək; yeni və təmirdən sonra avtomobillərin sürülüb yoxlanılması qaydalarını bilmək; avtomobilin sürülməsinin təhlükəsizliyinə təsir edən hava şəraitlərini bilmək; yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını bilmək; İş barədə məlumat Bir neçə sürtkü materialları, filter və akkumlyator markalarının rəsmi distribütoru olan “AMS GROUP” MMC şirkəti Sürücü axtarır. Şirkətin təqdim etdiyi avtonəqliyyat vasitəsini qəzasız, səmərəli və düzgün texniki istismarını həyata keçirmək Avtomobil yağları, filter və akkumlyatorların müştərilərə təhvil verilməsi Bakı və Bakı ətrafında malları müştərilərə çatdırılması Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.. İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq. İş şəraiti Ünvan: Badamdar şosesi Həftədə 5 tam iş günü, şənbə günü yarım gün Əmək haqqı 600-700 Azn CV-ləri qeyd olunan elektron poçt ünvanına "Sürücü” başlığı ilə göndərməyiniz xahiş olunur.