Pul vəsaitlərinin uçotu üzrə Mühasib
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təqdim edilən ödəniş sənədinə əsasən nağdsız hesablaşma əməliyyatlarını həyata keçirmək və sistemə tanıtmaq.
Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə əsasən kassa məxaric limitlərinin izləmədə saxlamaq, uçot sənədlərini düzgün tərtib etmək
Təhkimçiliyində olan cari hesabları nəzarətdə saxlamaq
Bank çıxarışları əsasında gündəlik bank əməliyyatlarını sistemə tanıtmaq, çıxarışın uyğunluğunu yoxlamaq
Gündəlik kassadan nağd ödənişləri sənəd əsasında icra etmək
Təqdim edilən ödəniş sənədlərini vaciblik üzrə sıralamaq və pul təminatına əsasən ödəmək
Vaxtı çatan kreditlərə nəzarət və pul təminatının saxlanmasını icra etmək
Aylıq hesabatları vaxtında təmin etmək, sistemsal ayın bağlanması ilə bağlı əməliyyatların işlənməsi və uyğunluğuna nəzarət etmək
Öz iş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfdən verilən tapşırıqları icra etmək
Tələblər
Ali təhsil(Maliyyə, mühasibatlılıq).
Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 1 il iş təcrübəsi.
Dil biliyi: Azərbaycan dili-sərbəst
Microsoft Office proqramları, MS Excel biliyi
Analitik düşüncə, Komandada işləmək bacarığı.
Mühasibatlıq sahəsi üzrə proqramlar (Logo Tiger) üstünlükdür.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Pul vəsaitlərinin uçotu üzrə Mühasib” adını mövzu hissəsində qeyd etməklə CV formalarını qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Veysəloğlu-Rossmann
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4381
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə