Ana Səhifə
Vakansiyalar

Project Manager (Müştəri Loyallığı Departamentində)

Project Manager (Müştəri Loyallığı Departamentində)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 13 yanvar 2026

Son Tarix: 12 fevral 2026

Təsvir

  • Kişi namizədlər;

  • Ali təhsil;

  • Yaş həddi: 25-35;

  • Microsoft proqramlarında işləmək bacarığı;

  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;

  • Komandada işləmək bacarığı;

  • Ölkədaxili ezamiyyətlərə açıq olmaq;

  • Layihə idarəetməsinin nəzəri və praktiki biliklərinə sahib olmaq;

  • Stressə və tələbkarlığa davamlı, disiplinli;

  • Planlaşdırma, təşkilatçılıq və auditoriya qarşısında çıxış etmə bacarıqlarının yüksək olması;

  • Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.

İş öhdəlikləri:

Layihənin idarə edilməsi:

  • Loyallıq proqramlarının strategiyasını hazırlamaq və tətbiqini həyata keçirmək.

  • Layihənin məqsəd və hədəflərini müəyyən etmək və həyata keçirmək.

  • İş planı tərtib etmək və layihə mərhələlərini izləmək.

  • Layihə mərhələlərini planlaşdırmaq və idarə etmək.

  • Loyallıq proqramı üzvlərinin sayının artırılması prosesinə nəzarət etmək.

  • Tədbirlərin təşkili və idarəolunmasına nəzarət etmək.

  • Tədbirlərdə məruzələrin və çıxışların olunması.

  • Müvafiq hesabatları və təqdimatları hazırlamaq.

  • Kampaniyaların gedişatına nəzarət etmək.

  • Loyallıq proqramlarının inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar hazırlmaq, təkliflər vermək.

  • Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq.

  • Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək.

  • Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək.

  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi.

Komandanın koordinasiyası:

  • Layihə komandası arasında vəzifə bölüşdürülməsi.

  • Komandanın iş performansını izləmək və dəstək göstərmək.

  • Təlimlər və motivasiya sessiyaları təşkil etmək.

  • Layihə komandasını KPI-a əsasən qiymətləndirmək.

Müştəri əlaqələrinin idarə olunması:

  • Proqram ştirakçılarının məmnuniyyətini artırmaq üçün strategiyalar hazırlamaq.

  • B2B müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi.

Tərəfdaşlıq və əməkdaşlıq:

  • Tərəfdaş şirkətlərlə iş birliyi qurmaq və şərtləri razılaşdırmaq.

  • Yeni tərəfdaşların cəlb edilməsi üçün bazar araşdırması aparmaq.

Analitika və hesabatlar:

  • Proqramın performansını ölçmək üçün analitik göstəriciləri izləmək.

  • Dövrü hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək.

  • Loyallıq proqramlarının ROI (investisiyadan gəlir) göstəricilərini analiz etmək.

İnnovasiyalar və inkişaf:

  • Proqramın müasir texnologiyalar və trendlərə uyğun yenilənməsini təmin etmək.

  • Rəqabət təhlili aparmaq və bazar tələblərinə uyğun dəyişikliklər etmək.

  • Yeni loyallıq modellərinin tətbiq olunması ilə bağlı təkliflər irəli sürmək.

Büdcə və resursların idarə edilməsi:

  • Proqram üçün ayrılmış maliyyə resurslarını idarə etmək.

  • Layihə büdcəsinə nəzarət və səmərəli xərcləməni təmin etmək.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti.

  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;

  • İş vaxtı həftədə 6 gün;

  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Maraqlı olan namizədlər öz CV-lərinigöstərilən elektron poçt ünvanına “Project Manager” başlığı altında göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Business Insight International Research Group

Business Insight International Research Group

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4711

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Marketing Manager (Müştəri Loyallığı Departamentinə)

Tam Ştat

Kişi və ya xanım namizədlər; Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi); Yaş həddi: 22-35; Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır; Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi 2+ illik təcrübə Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı; Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı; Rəqəmsal marketinq, mobil tətbiqlər və loyallıq istiqamətləri üzrə biliklərin olması arzuolunandır; Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq; Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; İş öhdəlikləri: İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi; Sadiqlik(loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması; Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi; Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi; Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək; Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi; Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması; Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi. İş şəraiti: Öyrədici və inkişafameyilli iş mühiti; Əmək qanunvericiliyinə uyğun sənədləşmə; İş vaxtı həftədə 6 gün; Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. Maraqlı olan namizədlər öz CV-lərini göstərilən elektron poçt ünvanına “Marketing Manager” başlığı altında göndərə bilərlər.