Project Coordinator (Müştəri Loyallığı Departamentində)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 11 yanvar 2026
Son Tarix: 6 fevral 2026
Təsvir
KİŞİ namizədlər;
Ali təhsil;
Yaş həddi: 25-35;
Microsoft proqramlarında işləmək bacarığı;
Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;
Komandada işləmək bacarığı;
Ölkədaxili ezamiyyətlərə açıq olmaq.
Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması.
İş öhdəlikləri:
Tədbirlərin təşkil olunması və idarəolunması;
Tədbirlərdə məruzələrin və çıxışların olunması;
Layihə mərhələlərinin və resursların idarəolunması;
Bölgə üzrə təyin olunmuş nümayəndələrlə əlaqə saxlamaq, mövcud vəziyyətlə maraqlanmaq;
Layihələrin idarəolunması zamanı, zəruri hallarda part-time əməkdaşların cəlb olunması və işlərinə nəzarət;
Müştəri loyallığı layihəsində koordinasiyanın və kommunikasiyanın effketiv təşkil olunması;
Layihənin inkişafı və regional olaraq böyüdülməsi məqsədilə, səfərlərin təşkil olunması və ezamiyyətlər;
Müştərilərlə və dilerlərlə görüşlərin təşkil olunması və birbaşa işitrak;
Layihəyə yeni müştərilərin cəlb olunması;
Görülən işlərə və icra olunmuş layihələrə dair hesabatların rəhbərliyə təqdim olunması.
İş şəraiti:
Öyrədici və inkişafameyilli iş mühiti.
Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
İş vaxtı həftədə 6 gün;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərinigöstərilən elektron poçt ünvanına “Project Coordinator” başlığı altında göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Business Insight International Research Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4546
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə