PL/SQL üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Tapşırıqların tələblərinə uyğun olaraq alqoritmlərin və həll yollarının hazırlanması;
Proqram kodunun yazılması, verilənlərin emalı və manipulyasiyası;
Yazılmış kodun müəyyən edilmiş standartlara uyğunlaşdırılması və sənədləşdirilməsi;
Kodun test edilməsi və ilkin keyfiyyət yoxlamalarının aparılması;
Versiya nəzarət sistemi (Git) ilə işləmək;
Mövcud sistemlər üzrə dəyişikliklərin tətbiqi və dəstəklənməsi.
Üstünlüklərimiz:
Böyük və stabil Core Banking mühitində təcrübə qazanmaq imkanı;
Peşəkar komanda ilə işləmək və real biznes proseslərinə toxunmaq;
Davamlı öyrənmə və texniki inkişaf üçün imkanlar;
Şəffaf kommunikasiya və dəstəkləyici iş mühiti;
Karyera inkişafı üçün perspektivlər.
Tələblər
Oracle SQL və PL/SQL üzrə praktiki biliklər;
Məlumat bazaları ilə işləmə bacarığı;
Analitik düşüncə və problemlərin həllinə sistemli yanaşma;
Komandada işləmə və effektiv kommunikasiya bacarığı;
Core Banking sistemləri barədə ümumi anlayışın olması üstünlükdür;
1 il və ya daha artıq iş təcrübəsi.
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17396
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+