PL/SQL proqramçı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 may 2026

Son Tarix: 6 iyun 2026

Təsvir

  • Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) texniki tapşırıqlar əsasında funksional əlavələrin hazırlanması;

  • Sistemdə yeni modul və elementlərin hazırlanması;

  • Oracle (PL/SQL) üzərindən proqram təminatlarının funksionallıqlarının hazırlanması və genişləndirilməsi;

  • Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) mövcud funksionallıqların dəstəklənməsi;

  • Biznes analitiklərin tələblərinin təhlili, texniki tapşırıqların hazırlanmasında iştirak;

  • Fərdi kodların testlərinin aparılması.

Tələblər

  • Texniki ali təhsil;

  • PL/SQL proqramçısı qismində azı 2 illik iş təcrübəsi;

  • PL/SQL üzrə yüksək səviyyədə biliklər;

  • Baza obyektleri ilə işləmə bacarığı (procedure, function, trigger, job, index, bulk collection);

  • SQL sorğuların optimallaşdırması üzrə iş təcrübəsi;

  • Yazılan kodların oxunması, analiz edilməsi, optimallaşdırılması;

  • JSON və XML data formatları ilə iş təcrübəsi arzuolunandır;

  • Bank işi ilə tanışlıq və avtomatlaşdırılmış bank sistemlərinin proqramlaşdırılması üzrə təcrübə böyük üstünlükdür;

  • Agile metodologiyalar ailəsi ilə tanışlıq;

  • Proqramlaşdırma komandasında iş təcrübəsi;

  • Sistematik düşünmə və yüksək analitika qabiliyyəti.

Necə Müraciət Etmək Olar

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan)

Finance

Bank VTB Azerbaijan Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır və beynəlxalq VTB Group maliyyə qrupunun tərkibinə daxildir. Bank fərdi və korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, pul köçürmələri və biznes maliyyələşməsi kimi müxtəlif bank xidmətləri təqdim edir. Bank VTB Azerbaijan beynəlxalq təcrübə və maliyyə resurslarından istifadə etməklə yerli bazarda etibarlı maliyyə tərəfdaşı kimi fəaliyyət göstərir. Bank fəaliyyətində innovasiya, təhlükəsizlik və müştəriyönümlü xidmət prinsiplərini əsas tutur. Bank VTB Azerbaijan rəqəmsal bankçılıq xidmətlərini inkişaf etdirərək istifadəçilərə mobil və internet bankçılığı vasitəsilə rahat maliyyə əməliyyatları imkanı yaradır. Bank həmçinin beynəlxalq maliyyə əlaqələri və korporativ xidmətlər sahəsində təcrübəsi ilə biznes sektorunun inkişafına dəstək göstərir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16811

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya