Planlama və Xərclərə nəzarət mühəndisi
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 12 fevral 2026
Son Tarix: 24 mart 2026
Təsvir
“Aqualink” MMC
Planlama və Xərclərə Nəzarət Mühəndisi
Müraciət üçün: CV-nizi hr@aqualink.az elektron poçt ünvanına göndərməyiniz və xahiş olunur.
İş haqqında
● İnşaat mühəndisliyi, tikinti menecmenti və ya müvafiq texniki ixtisas üzrə bakalavr dərəcəsi
● Tikinti layihələrində xərc nəzarəti və planlama sahəsində 5–8 il iş təcrübəsi
● Xərc idarəetməsi, layihə planlaması, qrafiklərin hazırlanması, büdcələmə və məlumatların analizi üzrə bilik və bacarıqlar
● Xərc nəzarəti və planlama sahəsində liderlik bacarıqları
● Primavera P6, MS Project və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı; ERP və ya xərc nəzarəti proqramları üzrə bilik üstünlükdür.
Tələblər
● Təyin olunmuş layihələr üzrə layihə xərclərinə nəzarət və planlama fəaliyyətlərinin idarə olunması və əlaqələndirilməsi
● Layihə büdcələrinin, xərclər üzrə proqnozların hazırlanması və yenilənməsi
● Faktiki xərclərin planlaşdırılmış büdcə və proqnozlarla müqayisə edilməsi yolu ilə xərc analizinin aparılması
● Xərc və qrafik üzrə kənarlaşmaların müəyyən edilməsi, hədəflərin qorunması üçün düzəldici tədbirlər barədə tövsiyələrin verilməsi
● Xərc, vaxt qrafiki və iş həcmi (scope) bazalarının uyğunluğunu təmin etmək məqsədilə layihə komandaları ilə sıx əməkdaşlıq
● Həcm cədvəllərinin (BoQ), material miqdar çıxarışlarının (MTO) və satınalma üzrə qiymət müqayisələrinin yoxlanılması və təsdiqlənməsi
● İcra həcminin ölçülməsində, məhsuldarlıq analizində və layihənin tamamlanma dəyərinin proqnozlaşdırılmasında iştirak
● Rəhbərlik üçün həftəlik və aylıq icra və xərc hesabatlarının hazırlanması
● Layihə dəyişikliklərinin xərc və vaxt təsirinə görə qiymətləndirilməsi
● Rəhbərlik üçün hesabatlarının və təqdimatların hazırlanmasına dəstək
● Daxili prosedurların, şablonların və hesabat alətlərinin davamlı təkmilləşdirilməsində iştirak.
Necə Müraciət Etmək Olar
Aqualink MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#8323
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə