Planlama Mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 9 yanvar 2026
Son Tarix: 9 fevral 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş rejimi:Tam ştat (5 günlük iş qrafiki)
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
İstehsal, satış və təchizat planlarının hazırlanması və icrasına nəzarət
Qısa, orta və uzunmüddətli planların formalaşdırılması
Mövcud resursların səmərəli istifadəsinin planlaşdırılması
Tələb proqnozlarının hazırlanması və yenilənməsi
Faktiki göstəricilərin planla müqayisəli təhlili və səbəb analizinin aparılması
ERP/MRP sistemlərində planlama məlumatlarının işlənməsi və yenilənməsi
Stok səviyyələrinin izlənməsi və optimallaşdırılması
Planlama proseslərində risklərin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin təklif edilməsi
Digər şöbələrlə (istehsalat, satınalma, satış, maliyyə) koordinasiyalı işləmək
Rəhbərliyin tapşırıqlarına uyğun əlavə analitik hesabatların hazırlanması
Vəzifə üzrə tələblər:
Ali təhsil (menecment, iqtisadiyyat, mühəndislik və ya logistika sahəsində)
Minimum 2–3 il müvafiq sahədə iş təcrübəsi
Yaş həddi: 23–40 yaş
Microsoft Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
ERP / MRP sistemləri üzrə biliklər (üstünlükdür)
Analitik düşünmə və məlumatlarla işləmə bacarığı
Stressə davamlılıq və vaxtın düzgün idarə olunması
Komanda ilə işləmə və güclü ünsiyyət bacarığı
Biz təklif edirik:
Stabil və inkişaf edən iş mühiti
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Rəqabətədavamlı əməkhaqqı
Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına “Planlama mütəxəssisi“ mövzusu ilə göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
AzProduct
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4426
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə