Peşəkar dərzi

Bakı

Tam Ştat

Orta Səviyyə

500 - 1.500 AZN

Yerləşdirilib 14 may 2026

Son Tarix: 22 iyun 2026

Təsvir

Vəzifə adı: Peşəkar Dərzi (Remote)
Şirkət: EN&JO Baku – Moda və Atelye Evi
Məkan: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat, 6 gün
Başlama tarixi: Dərhal

**Vəzifənin məqsədi:**EN&JO Baku moda evinin keyfiyyət standartlarına uyğun olaraq sifariş verilən qadın geyimlərinin (gündəlik, ziyafət, gəlinlik və s.) peşəkar şəkildə hazırlanması və təhvil verilməsi.

Təklif olunur:
Yüksək keyfiyyətli, yaradıcı və gənc komandada iş
Peşəkar inkişaf və sabit əmək mühiti
Rəqabətli əmək haqqı (təcrübəyə görə təyin olunur)
Brendin inkişafında birbaşa iştirak imkanı
Sosial təminatlar (müsahibədən sonra razılaşdırılır)

Müraciət etmək üçün:
Whatsapp: 051 732 74 34 və ya enandjoaz@gmail.com mail adresimizə müraciət edə bilərsiniz

İş haqqında

Qadın geyimlərinin dərziliyində minimum 4 il iş təcrübəsi
Hər növ qadın geyimlərini tikə bilmək bacarığı (xüsusilə ziyafət və gəlinliklər)
Klassik və müasir fasonlarla işləmə qabiliyyəti
Biçim, formaya salma və ölçü götürmə sahəsində yüksək bacarıq
Dəqiqlik, məsuliyyət və təmiz iş prinsipi
Komanda ilə işləmə və təzyiq altında sürətli işləmə bacarığı
Estetik zövq və modaya maraq üstünlükdür.

Tələblər

Müxtəlif fasonlarda qadın geyimlərinin (ziyafət, kokteyl, klassik, gəlinlik və s.) dərziliyi
Müştərinin ölçüsünə uyğun olaraq fərdi sifarişlərin hazırlanması
Hazır paltarların təmiri və uyğunlaşdırılması
Tikilişdən öncə eskiz və ya model üzrə analiz və parçaya uyğun düzgün biçim
Sınaq geyimləri (primerka) zamanı düzəlişlərin edilməsi
Geyimlərin keyfiyyətli və vaxtında hazır vəziyyətə gətirilməsi
Moda evindəki digər tikiş işləri üzrə komanda ilə koordinasiyalı işləmək.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#16147

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə