Personal Assistant to CEO
Bakı
Tam Ştat
Direktor
1.100 - 1.500 AZN
Yerləşdirilib 19 may 2026
Son Tarix: 27 iyun 2026
Təsvir
Xahiş olunur tələbləri diqqətlə oxuyub CV göndərin.
Abdurahimli Group beynəlxalq tərəfdaşlarla işgüzar münasibətlərin idarə edilməsi, xüsusilə Böyük Britaniya (London) istiqaməti üzrə layihələrin koordinasiyası və ezamiyyətlərin təşkili üçün yüksək standartlara cavab verən peşəkar komanda üzvü axtarır.
**Qeyd:**Yalnız yuxarıda qeyd olunan kriteriyalara tam uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
İş haqqında
İngilis dili: Mükəmməl (C1/C2 səviyyəsində, həm yazılı, həm də şifahi peşəkar ünsiyyət mütləqdir);
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il peşəkar təcrübə;
Beynəlxalq kommunikasiya: Xarici partnyorlarla yüksək səviyyəli danışıqların aparılması və rəsmi yazışma bacarığı;
Səyahət imkanı: London şəhərinə və digər beynəlxalq istiqamətlərə işgüzar səfərlər üçün heç bir məhdudiyyəti olmayan;
Viza keçmişi: Müsbət viza tarixçəsinin olması üstünlükdür.
Şəxsi keyfiyyətlər: Yüksək təmsilçilik qabiliyyəti, detallara qarşı diqqətlilik və operativ qərarvermə bacarığı.
Tələblər
Direktorun iş qrafikinin planlaşdırılması, görüşlərin və səfərlərin təşkili;
Xarici tərəfdaşlarla birbaşa əlaqələrin qurulması və rəsmi münasibətlərin idarə edilməsi;
London səfərləri zamanı direktoru müşayiət etmək və ezamiyyətin təşkilati tərəflərini (görüşlər, logistika və s.) həll etmək;
İşgüzar sənədləşmələrin və hesabatların ingilis dilində yüksək səviyyədə hazırlanması.
Beynəlxalq layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Necə Müraciət Etmək Olar
Abdurahimli Group of Companies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16586
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor