Personal Assistant
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 14 may 2026
Son Tarix: 12 iyun 2026
Təsvir
Komandamıza “Personal Assistant” üzrə əməkdaş axtarırıq!
Əsas vəzifələr:
Rəhbərin gündəlik iş prosesinin və görüş cədvəlinin idarə olunması
E-mail və rəsmi yazışmaların cavablandırılması
Tapşırıqların operativ şəkildə icrası və proseslərin koordinasiyası
Layihələrin idarə olunması prosesində rəhbərə dəstək göstərilməsi
Komanda və tərəfdaşlarla effektiv kommunikasiya qurulması
Səfər, görüş və tədbirlərin planlaşdırılması
Hesabatların, sənədlərin və təqdimatların hazırlanması
Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların yerinə yetirilməsi
Layihələrin icra mərhələlərinin izlənilməsi və koordinasiyası
Zərurət olduqda regionlara ezamiyyətlərin həyata keçirilməsi (bəy namizədlər üçün üstünlükdür)
Tələblər
Minimum 2 il Personal Assistant, Executive Assistant və ya oxşar vəzifədə iş təcrübəsi
Azərbaycan, Rus, İngilis dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
MS Office proqramlarında yüksək səviyyədə bilik
Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
Yüksək ünsiyyət və koordinasiya bacarığı
Aqro sahəsi üzrə bilik və ya marağın olması üstünlükdür
Kimya biliyi olan namizədlərə üstünlük veriləcək
Stress altında işləmək və çoxşaxəli tapşırıqları idarə etmək bacarığı
İş şərtləri:
İş saatları: 09:00 – 18:00
İş qrafiki: Həftədə 6 iş günü
Şənbə günü: yarım iş günü
İş rejimi: Ofisdə
Əməkhaqqı: 1000 AZN
Bəy və xanım namizədlər müraciət edə bilər
Maraqlanan namizədlərdən mövzu hissəsində “Personal Assistant” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
VV Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16528
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə