Pərakəndə seqment sahəsinə müştəri təcrübələri üzrə aparıcı mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 27 may 2026
Son Tarix: 20 iyun 2026
Təsvir
Görəcəyiniz işlər:
Komandanın fəaliyyət istiqaməti üzrə məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
Məhsulun performansını və kampaniyaların effektivliyini izləmək üçün hesabatların hazırlanması;
Məhsul üzrə tətbiq olunan yeni təşəbbüslərin və ya dəyişikliklərin müştərilərə təsirinin ölçülməsi;
Biznes tapşırığa əsasən məlumatların təhlili, uyğun model və yanaşmaların tətbiq olunması;
Müştəri seqmentlərinin/alt-seqmentlərinin müvafiq məhsul (lar) üzrə səyahətinin (journey) araşdırılması və təkliflərin hazırlanması;
Tətbiq olunmuş model və yanaşmaların izlənməsi və optimallaşdırılması.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Minimum bir il iş təcrübəsinə;
İngilis dili biliklərinə (orta səviyyədə);
Müştəri analitikası, satış, və/və ya məhsulların yaradılması üzrə iş təcrübəsinə (üstünlükdür);
Yaxşı səviyyədə MS Excel, SQL biliklərinə;
Yaxşı səviyyədə məlumatların vizuallaşdırılması üzrə biliklərə;
Orta səviyyədə Python üzrə biliklərə (üstünlükdür);
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
Analitik düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Necə Müraciət Etmək Olar
ABB
Finance
ABB Bank (Azərbaycan Beynəlxalq Bankı) Azərbaycanın ən iri və aparıcı banklarından biridir. Bank 1992-ci ildə yaradılıb və ölkənin maliyyə sektorunda mühüm rol oynayır. ABB həm fərdi, həm də korporativ müştərilər üçün kredit, depozit, ödəniş kartları, biznes maliyyələşməsi, beynəlxalq köçürmələr və digər bank xidmətləri təqdim edir. Bank geniş filial və xidmət şəbəkəsi ilə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. ABB son illərdə rəqəmsal transformasiya istiqamətində böyük addımlar ataraq müasir bankçılıq həllərini inkişaf etdirib. “ABB mobile” tətbiqi vasitəsilə müştərilər onlayn ödənişlər, kart əməliyyatları, kredit sifarişi və digər maliyyə xidmətlərindən rahat şəkildə istifadə edə bilirlər. Bank innovasiya, təhlükəsizlik və müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqeyini qorumağa davam edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18484
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+